Bakıda keçiriləcək “Formula-1” Avropa Qran Prisinin biletləri neçəyədir?

11.02.2016 | 2991 dəfə oxunub

“2015-ci il dekabr ayının 19-dan “Formula-1” üzrə Avropa Qran Prisinin biletləri bakucitycircuit.com saytı vasitəsilə “online” satışa çıxarılıb. Yaxında “Park Bulvar” Ticarət Mərkəzində yeni satış nöqtəsinin açılması planlaşdırılır. Mart ayının ortalarından isə “28 Mall”, “Port Baku” Ticarət Mərkəzlərində daha böyük stendlər fəaliyyət göstərəcək və azarkeşlər oradan da biletləri əldə edə biləcəklər”. 


Stadium.az xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında “Formula-1” Avropa Qran Prisinin bilet satışı üzrə meneceri Zaur Məmmədov deyib.

O qeyd edib ki, iyun ayında yarış məkanın özündə də biletlər satışa çıxarılacaq: “Biletlərin böyük bir hissəsi artıq satılıb. Rusiya, Türkiyə, Finlaniya, Böyük Britaniya və digər Avropa ölkələrindən Azərbaycana gəlib yarışa canlı baxmaq üçün böyük maraq var. Azarkeşlərə məsləhət görürük ki, indidən biletlər əldə etməyə çalışsınlar”.

Z. Məmmədov bildirib ki, biletlər yalnız yarışı izləməyə yox, tam olaraq  3 gün ərzində “Formula-1” şəhərciyində keçiriləcək əyləncə xarakterli bütün tədbirlərdə iştirak etməyə imkan yaradacaq: “Bilet alanlar  “Formula-1” şəhərciyindəki bütün əyləncəli tədbirlərə, axşam isə konsert proqramına qatıla biləcəklər”.

Menecer biletlərin qiymətləri haqqında da məlumat verib: “Formula-1” üzrə Avropa Qran Prisinin biletlərinin qiymətləri əslində 89 dollardan 590 dollara qədər olsa da, Azərbaycan vətəndaşları üçün 20-40 faiz aralığında endirim nəzərdə tutulub. Vebsayta Azərbaycan ərazisindən daxil olarkən qiymətlərin 19 dollardan 472 dollara qədər olduğu görünür. Bilet satışında xarici şirkət tərəfindən servis göstərilir və həmin şirkət dollarla əməliyyət apardığına görə, qiymətlər də bu valyuta ilə qeyd olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail