Formula 1 Avropa Qran Prisinin akkreditasiya qaydaları yerli jurnalistlərə təqdim olundu

11.02.2016 | 2870 dəfə oxunub

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) fevralın 11-də Hilton otelində yerli Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri üçün 2016 Formula 1 Avropa Qran Prisinin akkreditasiya qaydaları haqqında seminar keçirib.

Stadium.Az. xəbər verir ki, yetmişə yaxın jurnalistin iştirak etdiyi seminarda, iştirakçılara bu ilin yayında Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışının akkreditasiya prosesi haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi 1-31 mart tarixləri arasında onlayn qaydada, BŞH-nın rəsmi internet səhifəsi (www.bakucitycircuit.com/az) vasitəsilə həyata keçiriləcək.

Tədbirdə açılış nitqi söyləyən BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri və Formula 1 Avropa Qran Prisinin Milli Mətbuat Katibi Nigar Arpadarai, yarışa hazırlıqla bağlı görülən son işlərdən danışdı və jurnalistləri akkreditasiya prosesində fəal olmağa dəvət etdi: “Bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisində yerli jurnalistlərin iştirakı bizim üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də Formula 1 kimi dünya əhəmiyyətli bir yarışa vəsiqə qazanıb onu işıqlandırmaq jurnalistlərimiz üçün nadir bir fürsətdir. Bu işdə hamınızı fəal olmağa çağırıram”.

Daha sonra çıxış edən BŞH-nın KİV Əməliyyatları üzrə meneceri Ayan Ağayeva iştirakçıları akkreditasiya qaydaları ilə tanış etdi. Seminar Avropa Qran Prisinin rəsmi elçisi Rəhim Əliyevin çıxışı ilə davam etdi. Formula 1 şərhçisi R.Əliyev tədbir iştirakçılarına Qran Pri yarışılarını işıqlandıran jurnalistlərin fəaliyyəti barədə məlumat verdi və həmçinin bu sahədə olan təcrübəsini yerli media nümayəndələri ilə bölüşdü.

Üç saat davam edən seminarın sonunda qeyri-rəsmi qaydada sual-cavab sessiyası keçirildi. BŞH-nın media əməliyyatları üzrə rəsmiləri jurnalistlərin akkreditasiya prosesi ilə və eyni zamanda yarışla əlaqədar suallarını cavablandırdılar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail