Əsgər Abdullayev: "Mən heç bir şəraitə görə heç bir məşqçiyə paxıllıq etməmişəm" - MÜSAHİBƏ

11.02.2016 | 3249 dəfə oxunub

“Neftçi”  klubunun baş məşqçisi Əsgər Abdullayevin müsahibəsini təqdim edirik:

-  Yeni il “Neftçiyə” nəyi və ya kimi gətirdi?

- “Neftçi” öz futbolçularına güvəndiyinə, əvəzedici heyətinin potensialı olduğuna görə, perespektivli futbolçuları olduğuna görə Elşən Rzazadədən başqa heç kəsi gətirmədi. Nəyi gətirdikdə isə düşünürəm ki, “Neftçi” elə ki öz yerində deyil və yeni il bizə ən azından Avroliqada iştirakı təmim edən yer gətirməlidir.

-   Siz hər zamam maksimalist kimi tanınmısınız, lakin indi yalnız Avroliqadan danışırsınız. Realistə çevrildiniz?

-   Birincisi mən qeyd etdim ki, ən azından Avroliqada çıxış etməliyik, yəni bunun ən çoxu da var, o da çempionluq arzusudur. İkincisi də bu arzunun həyata keçməsini çoxlu xal itkisi əngəllədi və hamı anlayır ki, bu itkiləri bərpa etmək və çempionluq uğrunda mübarizə aparmaq olduqca çətin olacaq.

-  “Neftçi” kiminlə daha çox mübarizə aparır - hakimlərlə, yoxsa rəqiblərlə?

-   Mən ümumiyyətlə, hakimlər haqqında danışmıram. Çünki aidiyyatı qurumlar var onlar bu son vaxtlar bizə qarşı çoxalan hakim səhvlərini arşdırmalıdır. Biz isə rəqiblərlə mübarizə aparmalıyıq və aparırıq.

-   Hazırda Topaz Premyer Liqasındakı hansı rəqib “Neftçi” üçün keçilməzdi?

-  “Neftçi üçün keçilməz rəqib yoxdur! Bizim ən böyük rəqibi bilirsiniz kimdir? “Neftçi”nin özü! Yəni klubun futbolçularının özlərinə rəqibə qarşı kökləməyi,  psixoloji cəhətdən inam. Futbolçularımız reytinqə əsaslanaraq rəqibi qiymətləndirməməlidir, hər bir rəqibə ciddi baxmaq lazımdır. Hər bir oyuna sonuncu oyun kimi, sonuncu döyüş kimi çıxmaq lazımdır. Amma əlbəttə, rəqibin imkanlarını şişirdməmək şərti ilə.

-  Onda futbolçuların gücü tez tükənməzmi?

-   İnsan , xüsusi ilə də idmançı çox böyük, hərdən özü də dərk etmədiyi gücə malikdir. “Netçi” kimi Azərbaycanın futbolunun “şah əsəri” olan klubda oynamaqdan hər bir futbolçu qürur duymalıdı və var gücü ilə çalışmalıdır ki, bu klubun ənələrinə uyğun yüksək səviyyəli oyun nümayiş etdirsin.

-  Amma indi digər şah əsərlərdə ortaya çıxıb. Avropada tanınmağına görə heç də  “Neftçi”dən geri qalmayan “Qarabağ”, ötən il bütün təsnifat mərhələlərini keçən va Avroliqa qrup mərhələsində iştirak edən “Qəbələ”...

-   Əlbəttə, onlar güclü klublardır və inkişafları göz qabağındadır, Avroliqada da Azərbaycan futbolunu çox layiqincə təmsil etdilər. Lakin mənim üçün bir “Şah əsər” var - o da Neftçidir!

-  Siz sabah bu klublara baş məşqçi təyin olsanız,  yenə belə deyəcəksiniz?

-   Bilirsiniz, “Neftçi” xalqın komandasıdır və məndə ən azından bu xalqın nümayəndəsi kimi bunu deməyə bilmərəm – bu haqsızlıq olardı.

-  Azərbaycan klublarını çalışdıran məşqçilər arasında hansısa biri varmı, siz ona rusların dili ilə desək, “ağ paxıllıq” edəsiniz?

-   Mən heç bir şəraitə görə heç bir məşqçiyə paxıllıq etməmişəm və “məşqçi məşqçinin işini müzakirə etməz” prinsipinə uyğun olaraq kiminsə işinə rəy bildirməmişəm. Əlbəttə, hər bir məşqçi istəyər ki, əlində olan futbolçular içində oyunun taleyini həll edə bilən futbolçu olsun  və ya ən azından belə bir futbolçu yetiştirmək üçün şərait yaradılsın. Bu şərait olmasa belə, onları yetişdirmək lazımdı. Mən inanıram ki, Azərbaycanda və xüsusi ilə “Neftçi” klubunda belə  futbolçular çoxdur. Sadəcə olaraq onları bu səviyyəyə gətirmək üçün vaxt lazımdı.

-  Futbolçulara verilən həddinnən artıq yüksək əmək haqqı onların inkişafına mane olmurmu? Axı onlar bilirlər ki, böyük beşlik istisna olmaqla, digər xarıci ölkələrə üz tutsalar,  heç də Azərbaycanda qazandıqları qədər qazanmazlar. 

-   Futbolçularımızın məvacibinin məbləğini bilmədiyim üçün mən bu barədə heç nə deyə bilmərəm. Bircə onu qeyd edim - klubumuzda kifayət qədər Avropada top qova biləcək gücündə olan futbolçular var. Onların biri, Samir Məsimov elə bu günlərdə Sloveniya çempionatında üçüncü yerdə gedən “Domjale” klubu ilə müqavilə bağladı. Deməli, inkişaf etmək istəyən futbolçularımız da var.

-   Lakin Məsimovla “Neftçi” müqaviləni ikitərəfli razılıqla pozdular. Bəlkə, məhz klubda məvacib azaldığına görə o, bu atdımı atdı?

-   Mən belə düşünmürəm. Yenə deyirəm - inkişaf etmək istəyən futbolçunu heç bir maddi maraqla Azərbaycan çempionatında saxlamaq olmaz. O, inkişafı naminə, daha yüksək səviyyəyə qalxmaq naminə Avropaya can atacaq. Və belə futbolçuların inkişafı əlbəttə ki, bütövlükdə Azərbaycan futbolunun inkişafı deməkdir. (atv.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail