Boksçularımızdan uğurlu çıxış

09.02.2016 | 2698 dəfə oxunub

Macarıstanın Debretsen şəhərində İstvan Boçkainin şərəfinə həsr olunan 60-cı memorial turniri yekunlaşıb. 

Stadium.az xəbər verir ki, yarışda iştirak edən boksçularımız yekunda ölkəmizə uğurla qayıdıblar.  Komandamızın heyətində 56 kq çəki dərəcəsində çıxış edən Tayfur Əliyev bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız finalda böyük britaniyalı Aşfaq Qaisdadı məğlubiyyətə uğradıb. 75 kq-da döyüşən Kamran Şahsuvarlı finalda fransalı Kristian Mbiliyə uduzaraq gümüş medalla kifayətlənib. 64 kq çəkidə mübarizə aparan Lorenso Sotomayor isə finalda qazaxıtanlı Ablayxan Yusupova məğlub olaraq gümüş medal qazanıb. Komandamızın liderlərindən olan Teymur Məmmədov (81 kq) yarımfinalda uduzaraq bürünc medalla vətənə qayıdıb.  Beləliklə,  Azərbaycan boksçuları yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail