Zets: "Qələbə qolunu vurduğum üçün sevinirəm"

09.02.2016 | 2601 dəfə oxunub

"Son turlarda qalib gələ bilmədiyimizdən bu qələbə bizim üçün çox vacib idi. 3 xal qazanmaq vəzifəsinin öhdəsindən gəldik. “İnter” çox yaxşı komandadır. Onlara qarşı oynamaq həmişə çətindir. Bu matç da ağır oyun oldu. Amma yaranan qol imkanından istifadə edib, qalib gələ bildik".
 
Stadium.Az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nin hücumçusu Ermin Zets deyib. 

Azərbaycan Premyer Liqasının 20-ci turunda "İnter"lə keçirilən görüşün qəhrəmanı olan bosniyalı futbolçu növbəti turlarda da qol vurmağa çalışacağını bildirib: "Komanda şəklində mübarizə aparıb, öz oyunumuzu nümayiş etdirdik. Qarşıdakı görüşlərdə də sonadək mübarizə aparacağıq. Fikrimcə, bu qələbə komandamız üçün yeni uğurların başlanğıcı olacaq. 

Düşünürəm ki, “İnter”i məğlub etməklə qələbə seriyasına başladıq. Bunun davamını gətirmək üçün əlimdən gələni etməyə, hər matçda qol vurmağa çalışacağam. Təbii ki, əsas 3 xal qazanmağımızdır. Qələbə qolunu vurduğum üçün sevinirəm. Lakin daha vacib olan qələbəmiz idi. Qol epizoduna gəlincə, həmin vaxt topun tirdən dönüb, mənə düşəcəyini gözləmirdim. Amma top ayağıma düşəndən sonra yalnız ona dəqiq zərbə vurmaq haqda düşündüm”.

"Qəbələ" məhz Zetsin 18-ci dəqiqədə vurduğu qolla "İnter"i səfərdə 1:0 hesabı ilə məğlub edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail