Millimiz dünya reytinqində geriədi

08.02.2016 | 2352 dəfə oxunub

Futzal üzrə Avropa çempionatının final mərhələsinin qrup oyunlarından sonra milli komandaların reytinq siyahısı açıqlanıb.

Stadium.Az xəbər verir ki, Azərbaycan yığması siyahıda 12-ci pillədə qərarlaşıb.

Komandamızın hesabında 1401 xal var. Serbiyadakı qitə çempionatında İtaliyaya 0:3 hesabı ilə uduzub, Çexiyanı 6:5 hesabı ilə məğlub edən millimiz ötən ayla müqayisədə hesabına 13 xal əlavə edib.

1/4 finala yüksələn yığmamız dünya reytinqində mövqeyini əldən verib. Belə ki, 13 xal qazanmasına baxmayaraq, yığmamız 1 pillə geriləyib. Ötən ay 11-ci olan komandamızın bu aqibəti yaşamasına səbəb isə Serbiyadı. Balkanlılar 2 pillə irəliləyib, Azərbaycanla Paraqvayı arxada qoyub. Sonuncular Qazaxıstanı da önə buraxıb.

Ümumilikdə 154 komandanın yer aldığı siyahıya İspaniya başçılıq edir – 1923 xal. (apasport)

Dünyanın ən güclü 15 millisi

1. İspaniya - 1928

2. Braziliya - 1909

3. Rusiya – 1734

4. İtaliya – 1700

5. Argentina – 1624

6. İran - 1609

7. Portuqaliya - 1555

8. Ukrayna – 1508

9. Yaponiya – 1427

10. Kolumbiya – 1424

11. Serbiya - 1415

12. AZƏRBAYCAN – 1401

13. Qazaxıstan – 1366

14. Paraqvay – 1361

15. Sloveniya - 1336



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail