AZAL-ın 3 seriyası Gəncədə birdən qırıldı

08.02.2016 | 2510 dəfə oxunub

AZAL klubunun Azərbaycan Premyer Liqasındakı üç uğurlu seriyası qırılıb.

Stadium.az xəbər verir ki, XX turun Gəncədə “Kəpəz”lə qarşılaşmasında 0:2 hesabı ilə uduzan paytaxt təmsilçisinin qələbə, məğlubiyyətsiz və quru oyunlar seriyaları başa çatıb. Son 4 turda ardıcıl 4 qələbə qazanan Tərlan Əhmədovun yetirmələri “Xəzər Lənkəran”, “Neftçi”, “Zirə” və “Qarabağ”ı eyni - 1:0 hesabı ilə məğlub etmişdi. Sonuncu dəfə XV turun 2015-ci il dekabrın 7-də “Rəvan”la səfər matçında (0:0) xal itirən AZAL 62 gündən sonra qələbəsiz qalıb. XIII turun noyabrın 23-də “İnter”lə səfər matçında 2 cavabsız qol buraxan Tərlan Əhmədovun yetirmələrinin məğlubiyyətsiz oyunlar seriyası isə 76 gün davam edib. Bu müddətdə bakılılar 6 oyunda uduzmayıb. 1:0 hesablı qələbə və “Rəvan”la matçdan başqa, “Sumqayıt” da AZAL-ı yenə bilməyib. Həmin görüşdə paytaxt klubu 2:0 hesabı ilə qalib gəlib. “İnter”lə oyundan sonra 6 matçda qol buraxmayan “təyyarəçilər”in quru seriyası da Gəncədə qırılıb. Sonuncu dəfə “İnter”lə qarşılaşmanın 85-ci dəqiqəsində Abbas Hüseynovun qoluna üzülən AZAL-ın qapıçısı Stanislav Namaşkonun seriyası 573-cü dəqiqədə dayanıb. Onun qoruduğu qapının toxunulmazlığını “Kəpəz”lə matçın 28-ci dəqiqəsində Budaq Nəsirov qırıb. (pfl-in saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail