"Boksa başlayanda məhz bu titul uğrunda döyüşmək arzusunda idim"

06.02.2016 | 2617 dəfə oxunub

Fevralın 6-da Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüşə çıxacaq.
 
Stadium.Az xəbər verir ki, əmsilçimizlə uqandalı Badru Lusambia arasında baş tutacaq qarşılaşmadan bir gün öncə çəkiölçmə mərasimi və mətbuat konfransı təşkil olunub. Boks Mərkəzində keçirilən tədbirdə Məmmədov və Lusambia ilə yanaşı, onların məşqçiləri, WBF supervayzaeri Toni Tiberi, həmçinin WBCA-nın supervayzeri Yaşar Niftəliyev də iştirak ediblər.
 
Döyüş haqda fikirlərini açıqlayan Məmmədov qarşılaşmanın vacibliyini qeyd edib: “Bu döyüş 15 ilin həsrətidi. Boksa başlayanda məhz bu titul uğrunda döyüşmək arzusunda idim. Artıq həmin an çatıb. Bu döyüşün təşkilinə görə şəxsi menecerimə və “Qəbələ” Idman Klubunun rəhbərliyinə təşəkkür edirəm. Əlimdən gələni edib, bütün bacarığımı rinqdə göstətəcəyəm. Güclü rəqiblə qarşşılaşmağım məni sevindirir. O da çox iddialıdır. Uqandalının döyüşə yaxşı hazırlaşdığını bilirəm. Lakin düşünürəm ki, onun qələbə qazanmaq arzusunu ürəyində qoyacağam. Əlimə düşən imkanı qaçırmayacağam. Mən 2015-ci ilin avqustundan bu qarşılaşmaya hazırlaşıram. İki ukraynalı məşqçinin rəhbərliyi altında 10 həftə fiziki, 6 həftə isə boks hazırlığı keçmişəm. Döyüşə çox ciddi yanaşıram və bütün gücümlə vuruşacağam. Bu, karyeramda ən vacib döyüşdür. Boks həvəskarlarını sevindirmək üçün əlimdən gələni edəcəyəm. Bu döyüşə tam hazıram”. 
 
Lusambia çıxış edərək, Azərbaycana ilk gəlişində rəqibimi məğlub edib, çempionluq kəmərlərini aparmaq iddiasında olduğunu bildirib. Boksçuların məşqçiləri, həmçinin WBF və WBCA supervayzerləri döyüşlə bağlı fikirlərini açıqladıqdan sonra idmançıların çəkiölçmə mərasimi keçirilib.
 
Məmmədovla Lusambia arasında fevralın 6-da keçiriləcək döyüş saat 19:00-da başlayacaq. Qarşılaşma Boks Mərkəzində baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail