Ceyhun Sultanov millidən dəvət gözləyir - MÜSAHİBƏ

15.10.2011 | 6055 dəfə oxunub

Berti Foqts Premyer Liqaya biganədi. Almaniyalı milliyə layiqli namizədləri diqqətə almır, ümumi siyahıdan kənara çıxmır. Cari mövsüm «Kəpəz»in ən yaxşılarından olan Ceyhun Sultanov «unudulub». Qol vurmağı yadırğayan, ümumiyyətlə, başıpozuq oyun nümayiş etdirən millidə «Ceka» kimi pleymekerə ehtiyac artıb. Bunu görən əksər mütəxəssislər Foqtsa məsləhət görür ki, Sultanovu düşərgəyə qaytarsın. O da bu formanı geyinməyə hazırdı.

- Milliyə getmək istəməyən futbolçu tanımıram. Mən də onlardan biriyəm. Çağırsalar, gedərəm. Niyə də getməyim? Orda olanlar məndən güclü deyillər. Ancaq mənim istəyimlə heç nə olmur. Foqts istəsin gərək. Onun fikri olsa, mən hazır.
Almaniyalı baş məşqçinin səni yaşının çoxluğuna görə çağırmadığını deyənlər də var.
- Məndən də yaşlı futbolçular millidə oynayıb. Çağırsınlar, mən də özümü göstərim. Lap 40 yaşımda da çağırsalar, gedib oynayaram. Bu, yaşla olan iş deyil.
Son matçlara dəvət alsaydın, nə edə bilərdin?
- Oyundan-oyuna fərq var. Baş məşqçinin taktikanı necə qurmasından çox şey asılıdır. Mən hücumameyilli yarımmüdafiəçiyəm. Komanda irəli çıxmağı bacarmalıdı ki, mənim də oyunum alınsın. İndi milli qapalı futbol oynayır. Üstünlüyü verir müdafiəyə. Qol vurmaq barədə çox fikirləşmirik. Arada düşür, əks hücum edirik. Olmursa, qol vurmağı yaddan çıxarırıq. Mənim üçün belə taktikayla oynamaq çətin olar. Çünki arxaya gedib top alandan sonra irəlidə hücumçu görməsəm, heç nə edə bilmərəm.
Amma Foqts komandanı yalnız bu cür oynamağa vadar edir.
- O, məşqçidi, necə məsləhət bilirsə, elə də edir. Əgər mütəxəssislər məni millidə görürsə, özümü sınayaram. Oyunuma qiymət verənlər sağ olsun. Demirəm ki, dəvət etsələr, «fontan» edəcəm. Boyumdan yuxarı tullana bilmərəm, qoy, yalan danışmayım. Nəyi bacaracam, onu da görəcəksiz.
Komandada oyun qurucusu yoxdur. Bu problemi başqa nə cür həll etmək olar?
- Meydanın mərkəzini müdafiəçilərə tapşırandan sonra əlbəttə ki, oyun qura bilməyəcəksən. Ortada top saxlayan yoxdur komandada. Taktika dəyişsə, oyun da düzələr. Yaş söhbət deyil. Mənim gücüm çatırsa, niyə oynamayım? Elə futbolçuları çağırırlar ki, klublarında oynamır. Mən isə «Kəpəz»də həmişə meydana əsas heyətdə çıxıram. Avropa təcrübəm var. Belçika, Portuqaliya və Serbiya kimi komandalara qarşı oynamışam. Milli ona görə nəticə qazanmır ki, hücumçuları vaxtında topla təmin edən yoxdur.
Premyer Liqada avqustun ən yaxşı futbolçusu seçildin. Bu da Foqtsun diqqətini sənə tərəf çekmədi. Gözləyirsən ki, heç olmasa, qarşıdakı yoxlama görüşlərində səni nəzərdən keçirəcək?
- Bilmirəm. Çağırsa da, çağırmasa da mən hazıram.
Əvvəl də yığmanın şərəfini qorumusan. Şahin Diniyevin yaratdığı komandanı indiki ilə müqayisə etmək istəmirsən?
- O vaxtdan az keçməyib. Diniyev olanda, millidə hücum futbolu oynayırdıq. Rəqibdən asılı olmayaraq, açıq futbol göstərirdik. Heç kimdən çəkinmirdik. Ona görə Şahin müəllimin vaxtında milli yaxşı təsir bağışlayırdı. Həmin komandanı indiki ilə müqayisə etmək istəmirəm. Burda baş məşqçinin kim olması ciddi fərq eləmir. Millinin lap yaxşı çıxış etməsini istəsək də, bu, indi mümkün deyil. O futbolçuların hamısı, demək olar, eyni səviyyədədi. Onların «qab»ında nə varsa, göstərməyə çalışırlar. Tələb et ki, çıxın final mərhələsinə, yenə heç nə olmayacaq. Lap hərəsinə 1-2 milyon dollar ver, çıxart meydançaya. «Aşağı»dan gənclər gəlməsə, bir neçə il vaxt verilməsə, uğur qazanılmayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail