“Baku Fires” 2-ci döyüşə çıxacaq

03.02.2016 | 2837 dəfə oxunub

Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” klubu yeni mövsümdə 2-ci görüşünü keçirəcək.

Stadium.az xəbər verir ki, komanda fevralın 5-də saat 19:00-da Boks Mərkəzində liqanın debütantı “Uzbek Tigers” klubu ilə qarşılaşacaq. Özbəkistan təmsilçisi 1-ci turda səfərdə Puerto Riko komandasını 5:0 hesabı ilə məğlub edib. “Uzbek Tigers”in heyətində cari mövsümdə Özbəkistan millisinin ən güclü boksçuları cəmləşib.

Komandaların heyətləri artıq məlumdur:

Baku Fires – Uzbek Tigers 

52 kq. Məhəmməd İbiyev – Abrorjon Kadırov 
60 kq. Hasan Arsunkayev – Elnur Abdurraimov 
69 kq. Yevgeni Ramaşkeviç – Dostonbek Turdiyev 
81 kq. Mixail Dolqolivets – Şuxrat Abdullayev 
+91 kq. Arslanbek Mahmudov – Sərdor Abdullayev

 Özbəkistan komandası Bakıya döyüşkən heyətlə gəlib. 52 kq çəki dərəcəsində çıxış edəcək Kadırov hazırda yaxşı formadadır. O, ötən il həm Almaniyada, həm də Qroznıda keçirilən beynəlxalq turnirlərin qalibi olub.  
Elnur Abdurraimov da qonaq komandanın ən təcrübəli boksçularındandır. Abdurraimov ötən il Qətərdə keçirilən dünya çempionatında bürünc medala layiq görülüb. Özbəkistan boksçusu kubalı Lazaro Alvarezə məğlub olsa da, braziliyalı Robson Konseysaonu üstələyib. WSB-də ilk görüşünə çıxacaq Arsunkayev üçün  bu döyüş olduqca çətin olacaq.

Dolqolivetsin rəqibi  26 yaşlı Şuxrat Abdullayev hələ 2011-ci ildə Asiya çempionatında 1-ci yerə layiq görülüb. O, uzun illərdir ki, Özbəkistan millisinin heyətinə cəlb edilir.

Arslanbek Mahmudovla üz-üzə gələcək Sərdor Abdullayev də bizə yaxşı tanış olan boksçdur.  2 qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov iki dəfə Özbəkistan boksçusunu məğlub edib:  2011-ci ildə WSB liqasında və  həmin il Bakıda dünya çempionatında.

Turnir cədvəli

1. Uzbek Tigers – 3 xal (1 görüş, qələbə sayı 5-0) 
2. Astana Arlans – 3 xal (1, 4-1) 
3. Baku Fires – 0 (1, 1-4) 
4. Puerto Rico Hurricanes – 0 (1, 0-5).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail