Dünya onların adlarıyla dolur - HƏR YER LEO VƏ NEYMAR OLUR

02.02.2016 | 3621 dəfə oxunub

Dünyanın ən tanınmış futbolçuları arasında ilk pillələrdə olan Messiylə Neymarın adları verilən yeni doğulan uşaqların sayı durmadan artır. Stadium.Az xarici mətbuata istinadən xəbər verir ki,  2014-cü ildə sadcə ABŞ-da 498 uşağa Neymar adı verilib. 3936 yeni doğlana Leo, 387-nə isə Lionel adı verilib.

Bu barədə isə “Barselona” klubunun rəsmi saytı xəbər yayıb. Məlumatda bildirilir ki, bu komandanın futbolçularının adı planetin hər yerində insanlar tərəfindən övladlarına verilir.

Kosta Rikada isə 2014-cü ildə 349 uşağa Neymar, Peruda 471, Meksikanın 4.5 milyon əhalisi olan Nuevo Leon şəhərində 329 uşağa Neymar adı verilib.

Maraqlıdır ki, Boliviyanın paytaxtı La Pazda hər yeni doğulan 5 oğlan körpədən birinə Neymar adı verilir.

İngiltərədə Leo adı ən populyar 57-ci ad olub. Çünki o zaman İngiltərənin baş naziri Toni Bleyer oğluna Leo adı vermişdi. 2014-cü ildə isə İngiltərədə ən populyar 16-cı ad Leodur. Məhz iki il əvvəl İngiltərədə 3414 azyaşlıya Leo adı verilib.

Messi “Barsa” formasıyla ilk oyununa çıxanda Barselona şəhərində Leo adında cəmi 11 körpə olub. 2014-cü ildə isə bu say 422 olub. Məhz iki il əvvəl ABŞ-da 3936 uşağa Leo, 387-nə isə Lionel adı verilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail