Fariz Məmmədov: "Bu da boksda çətinlik yaradır"

01.02.2016 | 2741 dəfə oxunub

Fariz Məmmədov: "15 illik həsrətə son qoymaq istəyirəm"

Azərbaycanın ilk peşəkar boksçusu, "Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov fevralın 6-da peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüşə çıxacaq. 

Stadum.az xəbər verir ki, boksçumuz Uqanda təmsilçisi Badru Lusambia ilə qarşılaşacaq. Uzun müddətdir bu vacib döyüşə hazırlaşan Məmmədov qarşılaşma öncəsi açıq məşqə çıxıb. Məşqin ardından boksçumuz jurnalistlərin suallarını cavablandırıb, fikirlərini media nümayəndələri ilə paylaşıb:

"2001-ci ildən bir hədəfim var idi, mən çempion olmalıyam. Bu yola çıxmışamsa, bunu tamamlamaq lazımdı. 15 illik həsrətə son qoymaq istəyirəm. Şəxsi agentim Yaşar Niftəliyevə təşəkkürümü bildirirəm. Hər zaman yanımdadı. Karyeramı ona etibar etmişəm. "Qəbələ" İdman Klubuna da sonsuz təşəkkürlərimi bildiririəm. 15 illik həsrətimi gerçəkləşdirməyimə imkan yaratdılar. Bu, Azərbaycan boks tarixində yeni səhifədi. Belə bir söz var - "Güclü olanların bəxti gətirir". İnanıram ki, mənim də bəxtim gətirəcək. Hesab edirəm ki, peşəklar boks üzrə dünya titulu uğrunda Azərbaycanda vuruşmağımın özü də bəxt amilidi."

Fariz Məmmədov rəqibi haqqında da qısa məlumat verib:

"Artıq 6 aydı ki, Badrunu tanıyıram. Bu işlə məşğul olan məşqçilər var. Solaxay olduğunu deməliyəm ki, bu da boksda çətinlik yaradır. Ancaq mənim üçün çətinlik yaradacağını düşünmürəm. Çünki artıq 6 aydı ona qarşı hazırlaşıram". (gabalafc.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail