Prosineçki: "Düz bir il əvvəl əvvəlki baş məşqçinin ayağına yazılan ardıcıl məğlubiyyətlərdən sonra dəvət aldım"

29.01.2016 | 2206 dəfə oxunub

"Hazırkı müqaviləm 2017-ci ildə başa çatır. Amma rəhbərliyin anlaşma müddətini növbəti Avropa çempionatının seçmə tsiklinin sonunadək uzatmaq istədiyinə dair əlamətlər var. Yəni, mənə 2020-ci ilədək əməkdaşlıq təklifinin ediləcəyi mümkündür".


Stadium.Az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Serbiya mətbuatına müsahibəsində deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, ona həqiqətən də əla şərait yaradılıb: 
"Yaxşı infrastruktur, sabit maliyyələşmə. Öz müqaviləmin maddi tərəfləri də yüksəkdir, amma bu, elə də önəmli deyil".

Prosineçki Azərbaycan yığmasına gəlişi ilə düzgün addım atdığını da bildirib: 
"Zəng gəldi, bütün vəziyyətlə tanış oldum və təklifi qəbul etməyi qərara aldım. Bu baxımdan, bir il öncə düzgün addım atdığımı düşünürəm".

Baş məşqçi Azərbaycanda olduğu müddətdə yığmaya özünəinam hissi aşıladığını açıqlayıb:

"Düz bir il əvvəl əvvəlki baş məşqçinin ayağına yazılan ardıcıl məğlubiyyətlərdən sonra dəvət aldım. Elə bir vaxt idi ki, yığma heç bir xal qazana bilməmişdi. Ötən müddətdə irəliləyişə nail olduq, Maltanı yendik. Oyunçular təqdim olunduqlarından daha çoxuna layiq olduqlarını anlamağa başladılar. Azərbaycan yığması əvvəllər öz imkanlarına inanmadan hər oyunda az qol buraxmaq üçün oynayırdı. Mənim əsas vəzifəm odur ki, oyunçulara daha artığını etməyə qadir olduqlarını inandırım. Bunun üçün əsas da var: Azərbaycan döyüş növlərində yaxşı ənənələrə malikdir. Bu isə onların çox aqressiv və döyüşkən olmaları anlamına gəlir. Onlar üçün əsas məsələ təbii üstünlüklərini meydanda ortaya qoymaqdan ibarətdir".

Azərbaycanda çox istedadlı gənc futbolçuların olduğunu deyən Prosineçkinin fikrincə, U-21 yığmasının oyunçularını öz komandalarına götürmək istəyənlər var. Baş məşqçi "Antalya Cup" turnirini qazanan millinin Azərbaycanda futbolun gələcəyinin olduğunu nümayiş etdirdiyini vurğulayıb.

20 günədək Türkiyənin Antalya bölgəsində olan Robert Prosineçki Azərbaycan komandalarının təlim-məşq toplanışlarını və oyunlarını izləyib. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail