“AFFA – elektron idman KİV-i: dəyirmi masa” adlı tədbir keçirilib - FOTOLAR

29.01.2016 | 3081 dəfə oxunub

Ötən gün “Boulevard Hotel Baku” otelində “AFFA – elektron idman KİV-i: dəyirmi masa” adlı tədbir keçirilib. Stadium.Az AFFA-nın saytına istinadən xəbər veirr ki, ölkəmizdə fəaliyyət göstərən idman təmayüllü saytların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ilk olaraq AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edib. Baş katib beynəlxalq aləmdə Azərbaycanın mötəbər idman tədbirlərinin təşkil olunduğu ölkə kimi tanındığını qeyd edib və bu sahədə görülən işlərin təbliğində mətbuatın, xüsusilə elektron Kütləvi İnformasiya Vasitələrinin böyük əhəmiyyət kəsb etdiyini deyib. E.Məmmədov tədbirin gündəliyində nəzərdə tutulan məsələlər barədə danışıb və AFFA-nın prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən, elektron idman mətbuatında mövcud problemlərin müzakirəsi, onların həlli ilə bağlı təkliflərin səsləndirilməsi üçün bu tədbirin təşkil olunduğunu qeyd edib. Sonra mətbuat nümayəndələri ətrafında əyləşdikləri masalar üzrə şərti olaraq qruplar yaratmaqla gündəlikdəki məsələləri müzakirə edib və hər masadan bir nümayəndə çıxış edərək təklifləri səsləndirib.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mikayıl Nərimanoğlu tədbirlə bağlı fikirlərini və təkliflərini bildirib. Sonda Elxan Məmmədov mətbuat nümayəndələrinə təşəkkürünü bildirib və analoji tədbirin gələcəkdə də keçirilməsinin zəruriliyini qeyd edib.
 
                  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail