3 futzalçımız Avropa çempionatına aparılmayacaq

25.01.2016 | 2368 dəfə oxunub

Futzal üzrə Azərbaycan millisi Serbiyada keçiriləcək Avropa çempionatı öncəsi hazırlıq prosesinin son mərhələsinə qədəm qoyub. 

Stadium.Az xəbər verir ki, AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev bildirib ki, hazırlığın ikinci mərhələsi yanvarın 30-dək davam edəcək. 

Bu həftə ərzində komandanın yoxlama görüşü nəzərdə tutulub: "Rəqib hələ dəqiqləşməyib. Ya klublardan biri, ya da klubların yığması ilə görüş keçiriləcək. Bundan sonra yekun heyət müəyyənləşəcək. Yanvarın 31-i səhər Bakı-İstanbul-Belqrad reysi ilə Serbiyaya yollanacağıq".

A.Xudiyev toplanışda iştirak edən 17 futzalçıdan 14-nün Aropa çempionatına aparılacağını bildirib. O, komandanın hədəfini də açıqlayıb: "Hər kəs ciddi hazırlaşır. Minimum hədəfimiz qrupdan çıxmaqdır. Çalışacağıq ki, 1/4 finala yüksəlmək üçün hər iki oyunda lazım olan nəticəni əldə edək. Bu mərhələdə rəqibimiz Rusiya, Qazaxıstan və Xorvatiya komandalarından biri ola bilər".

Azərbaycan futzalçıları Avrpa çempionatının ilk oyununa fevralın 3-də çıxacaqlar. Rəqib İtaliya yığması olacaq. İkinci görüş isə ayın 5-i Çexiyaya qarşı keçiriləcək. Hər iki qarşılaşma yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) başlayacaq.

Avropa çempionatında 12 komanda 4 qrupda mübarizə aparacaq. Reqlamentə əsasən, hər qrupda ilk 2 yerin sahibləri 1/4 finala yüksələcək. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail