Cüdo millimiz Kubada 8-ci oldu

25.01.2016 | 2784 dəfə oxunub

Kubanın paytaxtı Havanada cüdo üzrə Qran-Pri turniri başa çatıb. Stadium.Axəbər verir ki, yarışın sonuncu günü daha 4 cüdoçumuz tatamiyə çıxıb. Onlar arasında ən yaxşı nəticəni Elxan Məmmədov göstərib. 100 kq çəki dərəcəsində çıxış edən Elxan, ilk görüşdə kubalı Fernandez Sastre Yordaniyə heç bir şans verməyib. Daha sonra xorvatiyalı Zlatko Kumriçi məğlub edən sabiq dünya çempionu, ¼ finalda almaniyalı Frey Karl-Rixarda uduzub. Buna baxmayaraq Elxan Məmmədov 3-cü yer uğrunda ilk təsəlliverici qarşılaşmada Frey Karl-Rixardın həmyerlisi Dimitri Petersi tatamiyə çıxmağa peşman edib. Bürünc medal uğrunda sonuncu görüşdə Birləşmiş Ərəb Əmirliyi təmsilçisi İvan Romarenkoya qalib gələn Elxan, Qran-Pri turnirinin bürünc mükafını qazanıb.Digər təmsilçilərimizdən Elmar Qasımov, 90 kq çəkili Ramin Qurbanov və 100 kq-dan artıq çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri isə ilk görüşlərdə qələbə qazansalar da, 2-ci qarşılaşmada uduzmaqla yarışla erkən vidalaşıb. 

Yığmamız komanda hesabında 8-ci olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail