Ramin Musayevdən "Neftçi" rəhbərliyinə göndərmə: "Həmin uğurları gizlətmək olmaz"

21.01.2016 | 2567 dəfə oxunub

"Neftçi” klubu 11 il əvvəl, 2005-ci ilin 19 yanvarında Moskvada keçirilən “Birlik Kuboku”nun 1/4 finalında Ermənistan çempionu “Pünik” üzərində qazanılan tarixi qələbəyə (2:0) həsr olunmuş “Ağ-qara yaddaşımız” adlı qısametrajlı film hazırlayıb ki, həmin filmdə 11 il əvvəl klubun prezidenti olan Rövnəq Abdullayev və vitse-prezident Ramin Musayev nədənsə “unudulub”.

PFL prezidenti bu məqama da toxunub. Futbolxeber.az-ın əməkdaşının “11 il əvvəl qazanılan tarixi uğurda böyük pay sahibi olan Rövnəq Abdullayev və Ramin Musayevə qısametrajlı filmdə yer verilməməsinin səbəbini nədə görürsüz” sualını Ramin Musayev belə cavablandırıb: “O filmə baxmamışam. Mən həmin hissləri canlı yaşamışam, filmi neynirəm? (gülür) Biləndə ki, filmi kim hazırlayıb, mənə hər şey aydın oldu. Biz bayaqdan səninlə ovaxtkı “Neftçi”dən danışırıq. O “Neftçi” ilə bu “Neftçi” arasında fərq çoxdu.  Özünüz sorğu keçirdin. Azarkeşlər də mənim bu fikrimlə razılaşar. Tarixi silmək olmaz. “Neftçi” xalqın komandasıdı. O nə mənim, nə Rövnəq Abdullayevin idi. Biz sadəcə “Neftçi”nin işçiləri olmuşuq. Bu gün rahatam ki, vaxtında millətə nəsə sevinc bəxş edə bilmişik. “Neftçi”nin nailiyyətləri çox olub. Bizim vaxtımızda da, bizdən sonra da. Siz deyirsiz ki, bu filmdə biz unudulmuşuq. Amma mən heç “Neftçi”nin tarixi ilə bağlı sujetlərdə klubun Avroliqaya vəsiqə qazanmasını da görmürəm. Həmin uğurları gizlətmək olmaz. O uğura Sadıq Sadıqov və Böyükağa Hacıyev imza atıb. Heç kim dana bilməz ki, “Neftçi” Azərbaycan tarixində Avroliqanın qrup mərhələsinə yüksələn ilk klub olub. Biz vaxtında düz işləmişik, nailiyyətlər də göz qabağındadı. Kim nə istəyir çəksin, kim nə istəyir göstərsin, özü bilər. Lakin unutmasınlar ki, qazanılan uğurları xalqın yaddaşından silmək mümkün deyil. O vaxt biz erməniləri məğlub edib Bakıya qayıdanda aeroportda bizi xeyli azarkeş qarşıladı. İndiki Koroğlu metrosuna qədər azarkeşlər klubun atributları ilə bəzədilmiş maşınlarla komandanı müşaiyət etdilər, dəstək oldular. O filmi çəkənlər, sifariş edənlər aeroporta heç 10 nəfəri yığa bilməzlər. Əvvəl onu etsinlər, sonra gələrlər danışarıq”. (Futbolxeber)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail