Şahin Diniyev: "Təlim-məşq toplanışından çox razı qaldım"

18.01.2016 | 2818 dəfə oxunub

“Kəpəz” çempionatın qış fasiləsi müddətində hazırlığını ilk mərhələsini tamamlayıb. Bir həftə ərzində Yevlaxda fiziki məşqlər üzərində işləyən komanda toplanışa “Qaradağ Lökbatan”a qarşı oyunla yekun vurub.

Stadium.Az xəbər verir ki, “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev təlim-məşq toplanışı və yoxlama matçı ilə bağlı fikirlərini bölüşüb: 

“Təlim-məşq toplanışından çox razı qaldım. Uşaqlar səylə işlədilər, verilən tapşırıqları yerinə yetirmək üçün bacarıqlarını ortaya qoydular. Dünən səhər məşqindən sonra birbaşa Bakıya yola düşdük. Yorğunluq fonunda hazırlığımızın ilk mərhələsini yoxlama oyunu ilə tamamladıq. Birinci divizion klubu ilə görüşdə bütün futbolçulara oynamaq imkan verdik. Oyunçular yorğun idilər, bununla belə meydanda layiqincə mübarizə aparmağa çalışdılar. Yevlax toplanışını təhlil edərkən deyim ki, komanda hər bir cəhətdən tam gücü ilə çalışdı. Bunun xeyrini yəqin ki, çempionatda görəcəyik”.

Komanda üzvləri iki günlük istirahətə buraxılıb. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail