Cüdoçumuz Tiflisdə Afrika çempionu adını qazandı

17.01.2016 | 2211 dəfə oxunub

Ötən  gün Tunisdə cüdo üzrə Afrika Kubokuna start verilib. Stadium.Az xəbər verir ki, turnirin ilk günündə Azərbaycan millisinin on cüdoçusu mübarizə aparıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli ilk görüşündə iordaniyalı Hait Salmanı, daha sonra Səudiyyə Ərəbistan idmançısı Eys Majraşı mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Bu mərhələdə sloveniyalı Matyaj Trboviçi, finalda isə Fransa cüdoçusu Sedrik Revol üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

66 kq çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Telman Vəliyev mübarizəyə fransalı Fərid Ben Əli üzərində qələbə qazanaraq başlayıb. Ardınca Portuqaliya təmsilçisi Dioqo Sezara qalib gəlib. Daha sonra tatami sahibi Hussen Halfauini mübarizədən kənarlaşdıraraq yarımfinala adlayıb. Lakin Vəliyev bu mərhələdə fransalı Aleksandr Mariaka məğlub olub. Bürünc medal uğrunda qarşılaşmada isə Gürcüstan cüdoçusu Vaxa Marqvelaşviliyə uduzan idmançımız 5-ci olub.

Davud Məmmədov (60 kq), İlkin Babazadə (66 kq), Fəqan Quluzadə (73 kq) və Vüqar Bayramov (73 kq) mübarizəni erkən dayandırıblar.

Qadın cüdoçularımız – Leyla Əliyeva (48 kq), Aişə Qurbanlı (48 kq), Səkinə Zairova (57 kq) və Xanım Hüseynova (63 kq) da turnirlə erkən vidalaşmalı olublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail