Rauf Əliyev: "Matçı izləyərkən məndə peşmançılıq hissi var idi"

13.10.2011 | 6355 dəfə oxunub

“Mən deyərdim ki, dünən müdafiədə çox oynadıq. Qolu buraxandan sonra komanda yenə də hücuma keçmək barədə düşünmürdü. Bu isə başa düşülən deyildi”. Stadium.az xəbər verir ki, bu sözləri milli komandamızın hücumçusu Rauf Əliyev deyib. Yığmamızın dünən Türkiyə seçməsi ilə keçirdiyi oyunu dəyərləndirən gənc forvard komandamızın qapalı oynamasından şikayətlənib:

“Çünki artıq itiriləsi heç nə yox idi. İrəli çıxsaydıq, nəsə edə bilərdik. Ancaq bunu da bacarmadıq. Qapalı oynadıq, hərdən isə hücuma keçirdik. Qapıya cəmi iki zərbə oldu ki, onu da Subaşiç vurdu. Başqa elə də təhlükəli epizod yox idi”.

Cəzalı olduğu üçün həmin matçda iştirak edə bilməyən Əliyev oyunu izləyərkən peşmançılıq hissi keçirib: “Oyuna kənardan baxmaq istəmirdim. Matçı izləyərkən məndə peşmançılıq hissi var idi. O atmosferdə meydana çıxa bilmədim. Əlbəttə, kənardan baxanda, adama təsir edir.”


Hücum xətti ilə müdafiəçilər arasında anlaşmazlıq olduğunu söyləyən Rauf Subaşiçin özünün göstərə bilməməsini də məhz bu amillə əlaqələndirib: “Hücuma keçə bilmirdik. Hücumla müdafiə xətti arasında əlaqə yox idi. Subaşiç lazımı pasları ala bilmirdi. Çünki ona yaxşı ötürmələr gəlsəydi, futbolçu da özünü yaxşı tərəfdən göstərə bilərdi. Sadəcə olaraq pas yox idi. 3 pasdan artıq verə bilmirdik. Müdafiadən hücuma keçə bilmirdik”.

“Qarabağ”ın hücumçusu dünənki oyundan əvvəl türkiyəli jurnalistlərin onu fərqləndirməsinə də münasibət bildirib: “Əlbəttə, belə bir ölkədə məni fərqləndirmələri, məni xüsusi olaraq qeyd etmələri olduqca xoşdur. Amma istərdim ki, Türkiyəyə qarşı oynayım. Sarı vərəqə limitində olduğumu bilsəydim, daha diqqətli olardım. Meydanda olsaydım, bəlkə də komandaya xeyirim dəyərdi”.

Əliyev Vaqif Cavadovla Elnur Allahverdiyevin milli komandadan imtina etməsi ilə bağlı isə bunları deyib: “Bu, onların öz fikridir. Əlbəttə, milli komandadan imtina etmək xoş deyil. Çünki yığma futbolçu üçün ən yüksək zirvədir. Onların bu hərəkəti yaxşı deyil. Bu futbolçuları millidə oynamağa heç kim məcbur etməyəcək. Çünki Azərbaycanda kifayət qədər futbolçu var. O olmasın, başqası olsun”.

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail