"Qəbələ"nin "Kəpəz", "Kəpəz"in isə "Qəbələ" sindiromu

12.10.2011 | 4743 dəfə oxunub

Premyer Liqanın IX turunda “Kəpəz”lə qarşılaşacaq "Qəbələ" bu rəqiblə əbədi atəşkəsə son qoymağa çalışacaq. Stadium.az xəbər verir ki, Gəncə təmsilçisi yeganə komandadır ki, "Qəbələ" ilə indiyədək oynadığı bütün matçlar heç-heçə nəticələnib. Məsələ ondadır ki, əvvəl baş tutmuş 4 “Qəbələ” – “Kəpəz” matçının heç birində qalib müəyyənləşməyib.

Ölkənin ən qocaman klublarından biri olmasına baxmayaraq, gəncəlilərlə ilk duel ötən mövsümə təsadüf edib. Əvvəllər nə çempionat, nə kubokda üz-üzə gələn rəqiblər ötən çempionat 2 dəfə təsnifat mərhələsində, 2 dəfə ikinci altılıqda üz-üzə gəliblər. Bu matçların 1-cisi elə indi olduğu kimi oktyabra təsadüf etmişdi.

Həmin 4 matçdan yalnız 3-cüsündə, Qəbələdəki 2-ci matçda rəqiblər hərəyə 1 qol vura bilmişdi. Digər 3 matç isə ümumiyyətlə qolsuz başa çatıb. Rəqib qapısına yeganə qolu da Murad Hüseynov vurub. Onu da qeyd edək ki, ötən mövsüm “Kəpəz” “Gəncə” adını daşıyırdı.


2010/11 31.10.2010 Premyer Liqa Gəncə Qəbələ 0 0
2010/11 27.02.2011 Premyer Liqa Qəbələ Gəncə 0 0
2010/11 02.04.2011 Premyer Liqa Qəbələ Gəncə 1 1
2010/11 12.05.2011 Premyer Liqa Gəncə Qəbələ 0 0

“Kəpəz”lə oyunlarda forma geyən futbolçulara gəlincə Toni Adams bu matçlarda 20 nəfərə güvənib. Bu oyunçulardan 6-sı - Abdulkader Kamara, Arif İsayev, Branimir Subaşiç, Milan Antiç, Pavel Doroşev və Qoqa Beraya bütün görüşlərdə forma geyib. Bu futbolçulardan yalnız biri – Milan həmin qarşılaşmalarda əvəzolunmadan meydanda olub. İndi o, “Kəpəz”in heyətində sabiq komandasına qarşı oynaya biləcək. Digər 5-likdən Branimirlə Qoqa komandada deyilsə, 3 futbolçumuz 5-ci dəfə “Kəpəz”ə qarşı oynaya biləcək. Bu matçlarda “Qəbələ” üzvləri 1 qırmızı və 9 sarı vərəqə alıblar. Pavel meydandan qovulmaqla, Qoqa isə 3 dəfə xəbərdarlıq almaqla “fərqlənib”. Abdulkader, Lyubo Baranin, Nodar Məmmədov, Stiv Olfers, Deon Barton və Saşa Yunisoğlu isə 1 dəfə sarı vərəqə alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail