Mirça Rednik: "Azərbaycan millisinin bu cür nəticəsi məni təəccübləndirdi"

12.10.2011 | 5495 dəfə oxunub

"Rumıniya – Belarus oyununda olduğum üçün, Azərbaycan millisinin oyununa baxa bilmədim. Yalnız oyunun epizodlarını görmüşəm. Odur ki, futbolçularımız barəsində bir söz deyə bilmərəm”. Stadium.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib. Millimizin dünən Türkiyə ilə keçirdiyi oyundan danışan rumıniyalı çalışdırıcı komandamızın zəif çıxış etdiyini bildirib:

“Hər halda hesab onu göstərir ki, komanda ümumilikdə zəif çıxış edib. Sözün düzü, Belçika və Qazaxıstanla oyunlardan sonra bu cür nəticə məni təccübləndirdi. Görünür, komandada yenə psixoloji problemlər özünü biruzə verib”.

Həftəsonu "Simurq"la keçirəcəkləri oyuna da toxunan təcrübəli çalışdırıcı görüşün çətin keçəcəyini düşünür:

“Simurq” heyətini xeyli gücləndirib və bu, artıq öz nəticəsini də verir. Odur ki, onlarla oyun asan olmayacaq. Ümumiyyətlə, Lənkəranda istənilən oyuna ciddi hazırlaşmaq gərəkdir, çünki orada olan atmosfer, minlərlə azarkeş olan stadion hər bir komandanın motivasiyası yüksəltməyə qadirdir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail