Topazdan AÇ-2012 ilə bağlı xülasə

11.10.2011 | 4812 dəfə oxunub

Çərşənbə axşamı 11 oktyabr tarixində, “Avro-2012” kuboku uğrunda Almaniya və Belçika komandaları arasında keçiriləcək qarşılaşma günün ən maraqlı və cəlbedici oyunu olacaq.

Çox güman ki, belçikalılar turnir cədvəlində irəli çıxmaq üçün Almaniya komandasına qalib gəlməli olacaqlar. Belçika komandasının baş məşqçisi komandanın şansı olduğunu bildirir və öz komandasından bu olduqca çətin, hətta qeyri-mümkün tapşırığın öhdəsindən gəlməyi xahiş edir.

Cümə günü Belçika milli komandasında öz 23-cü oyunu zamanı ilk qolunu vurmuş yarımmüdafiəçi Eden Azar da məşqçinin bu fikri ilə razıdır.
Düsseldorfda keçiriləcək bu oyunda Almaniya yığmasının yarımmüdafiəçisi Mario Getse meydançaya çıxmayacaq və çox ehtimal ki, dizində problemi olan hücumçu Miroslav Kloze də oyunu kənardan izləməli olacaq və bu, belçikalıların vəziyyətini bir qədər yüngülləşdirə bilər.  Lakin bunun əvəzində almaniyalı yarımmüdafiəçilər Toni Kroos və Mesut Ezil heyətə qayıtmalıdırlar. 

Həmin gün keçirilən qarşılaşmalar arasında ikinci maraqlı oyun Danimarka və Portuqaliya yığmalarının görüşü olacaq. “Avro-2012” seçim mərhələsinin yekun matçında Danimarka yığması 8 oktyabr 2010-cu ildə keçirdiyi səfər oyununda 3:1 hesabı ilə məğlubiyyətə uğradığına görə bu dəfə doğma “Parken” stadionunda portuqaliyalılardan qisas almağa cəhd göstərəcək. 

Bu vaxta qədər Danimarka və Portuqaliya yığmaları yaşıl meydançada 11 dəfə qarşı-qarşıya gəliblər. Skandinaviyalıların hesabında iki qələbə, iki heç-heçə və yeddi məğlubiyyət var. Danimarkalılar isə doğma divarlar arasında cəmi bir dəfə qələbə sevinci yaşayıblar, qalan görüşlərdə isə meydançanı iki dəfə heç-heçə hesabı ilə, üç dəfə isə məğlub kimi tərk ediblər. 

Bu idman bəhsində hamıya bol şanslar arzu edirik!

"Topaz"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail