AFFA "Rəvan"a "atıb", komanda dağıla bilər

28.12.2015 | 5135 dəfə oxunub

“Bakı”nın “Rəvan” klubu çıxılmaz vəziyyətlə üzləşib. Belə ki, komandada hazırda böyük maddi sıxıntı yaşanır. Nə üçün?

İş ondadır ki, mövsümün əvvəlində AFFA-nın baş katibi Elxan Məmmədov “Rəvan”ın sahibi olan “Nurgün Trading”in prezidenti Nuru Əliyevi şirin vədlərlə razı salaraq, komandanı Premyer Liqada oynatmaq üçün iş adamını razı salmışdı. Aldığımız məlumata görə, Elxan Məmmədov Nuru Əliyevi razı salıb ki, 1 milyon dollarla komandanı bir illiyinə Premyer Liqada saxlamaq olar. Bunun üçünsə AFFA-da onlara yardım edəcək və komandaya 400 min dollar köməklik edəcəklər. Yerdə qalan 600 min dollar isə Nuru bəyin üzərində qalacaq. Əvəzində isə AFFA rəhbərliyi dəstək verəcək ki, Nuru Əliyevin maşın biznesində onun qrşısına çıxan bürokratik əngəllər aradan qalxsın.

Məhz bu məqama görə Əliyev I Divizionda gün keçirən komandasının Premyer Liqada oynamasına razılıq Verdi. İnsi isə AFFA sözünün üstündə durmur. İş ondadır ki, manatın devalvasiyasından sonra üzən məzənnədə dolların qiyməti qalxıb. AFFA isə “Rəvan”a 400 min dollardan bir qara quruş da ödəməyib. İndiki haıda isə AFFA 400 yox, 600 min dollardan çox ödəməlidir. Ancaq indi Elxan Məmmədov sözünə sahiblik etmir və “Rəvan” çıxılmaz vəziyyətdə qalıb. Hətta aldığımız məlumata görə Nuru Əliyev “AFFA pulu verməzsə, mənə komanda lazım deyil” deyərək, “Rəvan”a sponsorluqdan imtina edəcəyini də bildirib”.

Nuru Əliyevin sahibi olduğu «Nurgün» Sirkətlər Qrupu Granini, Perrier, Vittel, S.Pelleqrino, Les Grands Chais və s. kimi markaların Azərbaycan Republikasında eksklüziv distribütorudur.

Stadium.AZ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail