Erməni idmançı Azərbaycandan razılıq etdi VİDEO

26.12.2015 | 3568 dəfə oxunub

Bu ilin iyun ayında Bakıda keçirilən Avropa Oyunlarının gümüş medalçısı erməni əsilliQevorq Manukyan Azərbaycandan danışıb. 

Stadium.Az xəbər verir ki, Ukraynanı təmsil edən idmançı Bakıda ona qarşı olan münasibətdən razılıq edib. 

“Avropa Oyunlarında zədə almağım mənim üzümü qara etdi. Gümüş medal mənim üçün ən yüksək mükafat idi. Rəqibim zəif deyildi, amma mübarizə aparmaq olardı. Finalda zəiflər olmur". 

Erməni boksçu Azərbaycan respublikasının prezidenti İlham Əliyevin və azarkeşlərin ona olan münasibətindən də bəhs edib:

Prezident İlham Əliyev Q.Manukyanı təltif edir

“Heç bir neqativ vəziyyət yox idi. Döyüşə çıxdım və qışqırıqlara fikir vermədim. Birinci döyüş zamanı mənim soyadımı Manunyak, ikincidə isə Manukiv kimi elan etmişdilər. Məni Azərbaycan prezidenti İlham Əliyevin təltif etməsi isə çox xoşuma gəldi. O, auditoriyanı sakitləşdirdi”.

Avropa Oyunları zamanı erməni əsilli idmançı Qevorq Manukyan finalda Azərbaycanı təmsil edən 91 kq çəki dərəcəsində təmsil edən boksçu Abdulqadir Abdullayevlə görüşməli idi. Lakin zədəli olduğunu deyərək bundan boyun qaçırıb. 

İdmançı oyunlardan sonra da I Avropa Oyunları ilə bağlı təəssüratlarını açıqlayıb. Qevorq Manukyan deyib ki, Bakı çox xoşuna gəlib. "Sizin prezidentinizin hərəkəti çox xoşuma gəldi. O, yaxşı insandır. Əlimi sıxıb mənə “afərin” dedi və uğurlar arzuladı. Məndə onun haqda yaxşı fikir formalaşdı. Böyük şərəfdi ki, mənə mükafatı Azərbaycan prezidenti təqdim edib".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail