Azərbaycan Prezidenti: "Bizim idman uğurlarımız ildən-ilə artır"

24.12.2015 | 2223 dəfə oxunub

Bizim idman uğurlarımız ildən-ilə artır. Medalların sayı da artır. İdmançılar beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Bu il beynəlxalq yarışlarda idmançılarımız 823 medal qazanmışlar. Onlardan 321-i qızıl medaldır. Qazanılmış medalların statistikasına baxsaq görərik ki, medalların sayı ildən-ilə artır.

Stadium.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 23-də Milli Olimpiya Komitəsində 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.

Bunun Azərbaycanda idmanın uğurla, dinamik şəkildə inkişaf etməsinin göstəricisi olduğunu diqqətə çatdıran dövlətimizin başçısı ölkəmizdə gözəl gənc nəslin yetişdiyini bildirib. Azərbaycan Prezidenti xüsusilə vurğulayıb ki, gənc idmançılarımız, uşaqlar, yeniyetmələr müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, yeniyetmələrin Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edirlər.

“Bu, onu göstərir ki, Azərbaycanda idman siyasəti düşünülmüş şəkildə aparılır. Yeni nəsil yetişir, görkəmli idmançılar idman karyerasını başa vurduqdan sonra onların böyük əksəriyyəti idmandan ayrılmır. Onlar öz fəaliyyətini məşqçi, mütəxəssis kimi davam etdirirlər. Bir sözlə, bu siyasət və əldə edilmiş nailiyyətlər imkan verəcək ki, gələcəkdə də Azərbaycan bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq etsin”, - deyə Prezident İlham Əliyev bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail