Cüdo məşqçiləri və idmançılar üçün seminar təşkil olundu- FOTO

23.12.2015 | 2395 dəfə oxunub

Azərbaycan Cüdo Federasiyasının (ACF) rəhbərliyində edilən məlum dəyişiklikdən sonra regionlarda bu idman növünə diqqət yenidən artıb.

Stadium.az xəbər verir ki, tanınmış cüdo mütəxəssisi, ACF-nin regionlar üzrə əlaqələndiricisi Tərlan Poladov Qəbələdə səfərdə olub. Səfər zamanı Qəbələ də daxil olmaqla region rayonlarında (İsmayıllı, Şamaxı, Oğuz və Ağsu) çalışan cüdo məşqçilərinin və idmançıların iştirakı ilə iclas, daha sonra isə seminar keçirilib.

İclasda regionda cüdonun problemləri və onların həll yolları müzakirə olunub, məşqçi-müəllimlərin şikayət və təklifləri dinlənilib. “Qəbələ” idman klubunun rayonda cüdonun inkişafında gördüyü işlər xüsusi vurğulanıb. Sonda klubun məşqçisi Rail İsmayılova son illərdə rayonda gördüyü işlərə görə, təşəkkür edilib və o, regionun koordinatoru təyin edilib.

Sonra “Qəbələ” Futbol Akademiyasının binasında yerləşən yeni cüdo zalında region idmançılarının iştirakı ilə praktik seminar keçirilib. Seminara rəhbərlik edən Tərlan Poladov təcrübəsini gənc cüdoçularla bölüşüb və onlara öz tövsiyələrini verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail