BOCCİA idman növü üzrə II “SENİ CUP” turniri keçirilib- FOTO

20.12.2015 | 2838 dəfə oxunub

Milli Paralimpiya Komitəsi “SENİ” firmasının dəstəyi ilə Azərbaycanda yeni yaranmış BOCCİA idman növü üzrə II “SENİ CUP” turniri keçirib.

Paralimpiya Komitəsindən bildiriblər ki, “SENİ CUP” turnirində BC-1, BC-2 və BC-4 kateqoriyalarında ümumilikdə 32 idmançı mübarizə aparıb. Turnirdə Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Azərbaycan Milli Paralimpiya Komitəsinin, bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. İdmançılara dəstək vermək üçün Mərkəzi Asiya və Qafqaz üzrə “SENI” firmasının koordinatoru Mixail Kopaç və Turkiyənin BOCCİA idman növü üzrə baş məşqçisi Nihat Yılmaz təşrif buyurublar.

Açılış mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov BOCCİA idman növünün Azərbaycanda sürətlə inkişaf etdiyini deyib, idmançılara uğurlar arzulayaraq turniri açıq elan edib.

Gərqin mübarizədən sonra BC-1 kateqoriyasında Arzu Rəşidli bürünc, Samir Səlimov gümüş, Gülnarə Səlimova qızıl, BC-2 kateqoriyasında Aygün Cəfərova bürünc, Asim Hüseynov gümüş və Rüfət Bayramov qızıl, BC-4 kateqoriyasında isə Çimnaz Quliyeva bürünc, Xəyal İslamov gümüş və Fariz Kərimli qızıl medala sahib olublar.

Qaliblər diplom, medal və kubokla təltif olunublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail