İdman ustası: "Rayonlarda çövkən yarışlarına maraq ildən-ilə artır"

20.12.2015 | 2619 dəfə oxunub

On ildir ki, Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində keçirilən çövkən oyunu üzrə yarışlara hakimlik edirəm. Komandalar arasında rəqabət ildən-ilə güclənir. Oyunçuların ustalıq səviyyəsi də xeyli artıb. Açığını deyim ki, ilk yarışlarda komandaların üzvləri bəzən topa belə düzgün vura bilmirdilər. İndi isə bütün komandalar sürətli oyun nümayiş etdirirlər. Yarışlar üçün ən yaxşı atlar seçilir.

Bu sözləri azərtac-a müsahibəsində Prezident Kuboku uğrunda X çövkən milli oyunu üzrə Şəkidə keçirilən yarışların hakimi İlqar Məmmədov deyib.

Hakim bildirib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılan bu mərkəz ölkəmizdə qədim atçılıq ənənələrinin bərpasına, atüstü milli oyunlarımızın qorunub saxlanması və inkişaf etdirilməsinə çox böyük töhfələr verir. Rayonlarda bu yarışlara maraq ildən-ilə artır. Builki yarışlara 24 komandanın qatılması buna əyani sübutdur.

Atçılığın inkişafına dövlətin qayğısını yüksək qiymətləndirən İlqar Məmmədov deyib: “Məhz bu qayğının, aparılan məqsədyönlü işin nəticəsidir ki, UNESCO da artıq çövkən oyununu Azərbaycanın milli oyunu kimi qəbul edir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səmərəli fəaliyyətini xüsusilə qeyd etmək lazımdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail