Çin mediası idmançımızdan yazdı- FOTO

20.12.2015 | 2458 dəfə oxunub

Çinin sports.sina.com saytında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun müsahibəsi yayılıb.


Stadium.az xəbər verir ki, şahmatçı müsahibəsində Çinin Cuxay şəhərində “Jolimark Cup-2015: Çinin şahmat liqası (A deviyaziyası)” turnirində iştirakı barədə danışıb. O, turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Qrossmeyster son zamanlar Çində şahmatın sürətlə inkişaf etdiyini deyib. O bildirib ki, 10 il bundan əvvəl beynəlxalq turnirlərdə Çin idmançılarının adlarını iyirmilikdə, hətta otuzluqda belə görmək mümkün deyildi. İndi isə ilk sıralarda yer alan çinli şahmatçıların sayı çoxdur.

Dünya kuboku turnirində çinli şahmatçı Vey Yi ilə qarşılaşan idmançımız rəqibinin peşəkar olduğunu və onun dünya çempionu adını qazana biləcəyinə inandığını söyləyib.

Gələn il Bakıda keçiriləcək Şahmat Olimpiadası barədə danışan idmançımız bu mötəbər yarışmanın yüksək səviyyədə təşkil olunacağına, şahmatçılarımızın uğurlar əldə edəcəklərinə əminliyini bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail