AFFA ad qoymağa başlayır - FOTOLAR

10.10.2011 | 4777 dəfə oxunub

Azərbaycan 2012-ci ilin 22 sentyabr – 13 oktyabr tarixləri arasında FIFA U-17 qadınlararası dünya çempionatına ev sahibliyi edəcək. Stadium.az xəbər verir ki, çempionatın seçmə mərhələsində uğur qazanmış 15 komanda ölkəmizə gəlib çempionluq uğrunda mübarizə aparacaq.
 
Hər bir futbol çempionatında olduğu kimi, Azərbaycanda keçiriləcək çempionatın da öz talismanı – maskotu var. Maskot xüsusi kostyum geyinmiş unikal bir xarakterdir ki, çempionata rəng qatır və yerli komandaya uğur gətirdiyinə inanılır. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin maskotu olan milli paltar geyinmiş qız Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də, AFFA Futbol mərkəzindəki “Dalğa Arena”da keçirilmiş Azərbaycan – Avstriya oyunu zamanı ictimaiyyətə təqdim olunub. Lakin maskotun adı hələ yoxdu.
 
Məhz bu məqsədlə ona ad qoymaq üçün AFFA azarkeşləri sınağa çəkmək istəyir. Əgər maskot üçün maraqlı və unikal bir ad düşünürsünüzsə, müsabiqədə iştirak edin və qalib gəlmək şansı qazanın. Maskota ad qoymaq üçün şərtlər bunlardı:
 
- Maskotun adı unikal olmalıdı. Plagiat olmamalıdı. Məsələn, Trinidad və Tobaqoda keçirilən DÇ-dəki “Triniti”.
 
- Ad bir və ya bir neçə sözdən ibarət ola bilər. Əgər bir söz qız adıdırsa, ada unikallıq vermək üçün mütləq ikinci hissə də əlavə olunmalıdı. Məsələn, Almaniyada keçirilən DÇ-dəki Karla Kik.
 
- Maskot adının futbolla və dünya çempionatı ilə əlaqəsi olmalıdı. Məsələn, Cənubi Afrikadakı DÇ-da ZAKUMİ (ZA “Cənubi Afrika” deməkdi, “kumi” isə bir neçə Afrika dilində “on” mənasını verir).
 
Müsabiqədə hamı iştirak edə bilər. Bir nəfər bir və ya bir neçə ad təklifi irəli sürə bilər. Düşündüyünüz maskot adını öz adınız, soyadınız, doğum tarixiniz və şəxsiyyət vəsiqənizin nömrəsi ilə bərabər [email protected] ünvanına göndərə bilərsiniz.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail