Minskdə böyük şahmat turnirləri baş tutacaq

19.12.2015 | 2231 dəfə oxunub

Belarus Prezidenti Aleksandr Lukaşenko və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəhbəri Kirsan İlyumjinov dekabrın 18-də Minskdə keçirilən görüşdə Belarus paytaxtında iri şahmat turnirlərinin müntəzəm keçirilməsi barədə razılığa gəliblər.

Stadium.az xəbər verir ki, gələn il Minskdə qadın şahmatçıların Qran-pri yarışı, payızda qadın şahmatçılar arasında nokaut sistem üzrə dünya çempionatı keçiriləcək. Çempionatda 50 ölkədən 64 ən güclü qadın şahmatçı birincilik uğrunda mübarizə aparacaq. Turnir 2006-cı ilin noyabrına nəzərdə tutulub. Aleksandr Lukaşenko vurğulayıb ki, Belarus tərəfi hər hansı tədbiri onun ölkəsində keçirmək niyyəti olarsa FIDE-yə hər zaman kömək etməyə hazırdır.

K.İlyumjinov öz növbəsində bildirib ki, Minskdə iri şahmat turnirlərinin keçirilməsi Belarus şahmatçılarının dəstəklənməsi və inkişafı üçün faydalı olacaq.

Tərəflər razılığa gəliblər ki, Belarus MOK şahmatın Qış Olimpiya Oyunlarının proqramına daxil edilməsində FIDE-ni dəstəkləyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail