Stadionda domino oynamaq YAZI

18.12.2015 | 3027 dəfə oxunub

Yeni tərkibli Milli Məclisimiz yaxşı başlayıb, Tanrı yaman gözdən saxlasın. Təzə seçilən deputatlar iclas zalında yerlərini isti eləməyə başlamamış bir neçə qanunun qəbuluna səs verdilər. Dünya parlamentariləri gözlərinə su verə bilərlər. Əgər sudan korluq çəkirlərsə, sadəcə, daha asan olanı etsinlər, bizdən öyrənib qabağa getməyə çalışsınlar. Ürəyimə damıb ki, millət vəkillərimiz bu sürətlə qane olmayıb tezliklə daha bir neçə vacib qanun üçün düymə basacaqlar. Sonuncu seçkidən mandatla çıxan deputatların bəzi futbolçulardan fərqli olaraq ayağı sayalı olacaq. Futbolçu demişkən, hiss edirəm ki, qəbul ediləcək təzə qanunlardan biri də hökmən futbol haqqında olacaq. Bəzi dostlar dodaq büzüb deyə bilərlər ki, ilin-günün bu vaxtında nə futbol￾mutbol... Dünyadakı geopolitik vəziyyətdən sitat da gətirəcəklər, neftin su qiymətinə düşməsindən, avronun dollara yuxarıdan aşağı baxmasından, Türkiyənin Rusiyanı urusca söyməsindən, Rusiyanın Türkiyəyə türkcə cavab qaytarmasından geninə-boluna danışacaqlar. Bunları mən də azdan-çoxdan bilirəm, hələ İŞİD-in Allahsız işlərindən elə şeylər deyərəm, əl-ayağınız yerə yapışar. Yaxında-uzaqda baş verən siyasi hadisələr, iqtisadi problemlər bizim camaatın futbola marağını azalda bilməz, bunu parlamentdə də yaxşı bilirlər. Elə ona görə millət vəkilləri bütün məsələlərdə olduğu kimi, bu işdə də seçicilərin yanında olacaq və futbolla bağlı gözəl, ürəyə yatımlı qanun düzəldəcəklər. O da ürəyimə damıb ki, top oyunu ilə bağlı yeni qanunda azarkeşlərin maraqları belə demək mümkünsə, tam təmin olunacaq. Sənədin əvvəlindən-ortasından anons da edə bilərəm. Stadiona gəlib oyundan razı qalmayan fanat futbolçunu yağlı söyüşlərə qonaq edə biləcək, təbii ki, ürəyində. Azarkeş istəsə, baş məşqçini də yaş yuyub quru sərəcək, sözsüz ki, yenə ürəyində. Millət vəkillərimiz maraqlı futbol izləmək arzusu ilə stadionun qapısından içəri keçən azarkeşlərimizə domino, nərd, hətta loto oynamağa da icazə verəcəklər. Yəni... Yənisi yoxdu ki, tutalım 50-60 fanat xeyli məsafə qət edib gedir Şüvəlan qəsəbəsinə və AZAL-la "Xəzər Lənkəran" arasında matça baxmaq istəyir. Lakin görürlər ki, meydançada ora-bura qaçan futbolçuların bu gül kimi idman növünə heç bir dəxli yoxdu. Əsəbiləşməsinlər deyə, azarkeşlər başlayırlar elə stadiondaca domino, nərd və ya loto oynamağa. Qanun bu zaman fanatlara pul qoyuluşları etməyə də imkan verəcək. Amma bir şərtlə, domino, nərd və ya loto yarışlarından toplanan pulun 50 faizi maraqsız futbol oynayan həmin klubların hesabına köçürülməlidir. İnsafla danışsaq, çox lazımlı və vaxtında hazırlanan qanundu. Özü də bu qanun "Xəzər Lənkəran"a bu dəqiqə hava-su kimi lazımdı. Bəlli səbəblərdən kisəsi boşalan klub futbola baxmağa gəlib domino, nərd və ya loto oynayan azarkeşlərin hesabına xeyli pul qazana bilər.Sözün düzünü deyim ki, bircə bu təzə və gözəl qanunun adını bilmirəm. Millət vəkilləri qanuna görəsən hansı adı verəcəklər?

Etibar CƏBRAYILOĞLU

“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail