Azərbaycanlı gimnastlar arasında ən güclülər müəyyənləşir

18.12.2015 | 2325 dəfə oxunub

Dekabrın 17-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 22-ci Azərbaycan birinciliyi və bölgələrarası Kubok yarışlarına start verilib.

Stadium.az xəbər verir ki, üç gün davam edəcək yarışda 160 gimnast iştirak edir.

Turnirdə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Neftçı”, “Spartak”, “Sərhədçi”, “Start”, Respublika Kompleks İdman Məktəbi, Hövsan Olimpiya İdman Kompleksinin idmançıları ilə yanaşı, Xırdalan, Sumqayıt, Şirvan, Qusar, Göyçay, Gəncə, İsmayıllı, Kürdəmir, Naxçıvan təmsilçiləri də məharətlərini nümayiş etdirirlər.

22-ci ölkə birinciliyi və bölgələrarası Kubok yarışlarının rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Gimnastika Federasiyasının idman meneceri Azər Novruzov bildirib ki, 2015-ci il bizim üçün olduqca əlamətdar oldu. O deyib: "İlk növbədə gimnastlarımızın I Avropa Oyunlarında uğurlu çıxışını qeyd etmək istərdim. Bundan başqa, Marina Durunda və Oleq Stepkonun uğurlu çıxışları 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarına lisenziya qazanmağa imkan verdi".

Yarışların birinci günü 2005-2007-ci il təvəllüdlü (balacalar) idmançılar mübarizə aparırlar. Bu kateqoriyada alətsiz, halqa və topla üç çıxışın cəmində çoxnövçülük üzrə ən güclü gimnastlar müəyyən ediləcək. Həmin yaş kateqoriyasında mübarizə aparacaq bədii gimnastlar isə yarışların ikinci günü qrup hərəkətləri üzrə çıxış edəcəklər.

Fərdi proqramda yarışlara isə 2003-2004-cü il təvəllüdlü yeniyetmə gimnastlar qatılacaqlar. Onlar ip, halqa, top və gürzlərlə hərəkətləri nümayiş etdirəcəklər.

Turnirin sonuncu günündə - dekabrın 19-da yeniyetmələr (2000-2002-ci il təvəllüdlülər) ip, halqa, top və gürz, böyüklər (1999-cu il təvəllüdlü və daha yuxarı yaşlılar) isə halqa, top, gürz və lent ilə çıxışlarda qalib adı uğrunda yarışacaqlar.

Yarışın sonuncu günü, həmçinin “balacalar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” qruplarına daxil olan region təmsilçiləri üçün də mühüm əhəmiyyət daşıyır. Onlar hər yaş kateqoriyasında ən güclü gimnastlara təqdim olunacaq bölgələrarası ikinci Kubok uğrunda mübarizə aparacaqlar.

Birinciliyin sonuncu günü bədii gimnastika həvəskarlarının idmanın bu növü üzrə milli komandamızın lideri, birinci Avropa Oyunlarının gümüş, bu ilki Avropa çempionatının bürünc mükafatçısı, Rio-de-Janeyro Olimpiya Oyunlarına lisenziya qazanan Marina Durundanın və ötən il yeniyetmələr arasında Avropa çempionatının ikiqat mükafatçısı Jalə Piriyevanın çıxışlarına baxmaq imkanı olacaq.

Təqdim olunacaq nümunəvi çıxışlar zamanı tamaşaçılar Azərbaycanın qrup hərəkətləri komandasının yeni proqramını izləyəcəklər.

İlin sonuncu yarışı konsert proqramı ilə başa çatacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail