Azərbaycanlı milyarderin yeni gəmisi - FOTO

16.12.2015 | 4155 dəfə oxunub

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus "Palmali" Şirkətlər Qrupu öz tərsanəsində inşa etdiyi ikinci “Armadi Pride” tankerini istismara verib.

ANS PRESS-in məlumatına görə, Malta bayrağı altında üzən gəmi yük üçün Rusiyanın Qafqaz limanına doğru yola düşüb. 

RST22M layihəsi üzrə hazırlanmış tanker çay-dəniz nəqliyyatı üçün nəzərdə tutulub. Tanker Rusiya dəniz gəmiçiliyi registrinin nəzarəti altında hazırlanıb. “Volqo-Don maks” klasslı “Armada Pride” tankerinin dedveyti 7,1 min tondur. 


“Armada Pride” tankeri

Gəmi texniki xüsusiyyətlərinə görə Volqa-Don kanalından və Volqa-Baltik su yollarından keçmək qabiliyyətinə malikdir. Gəminin qabarit uzunluğu 139,95 metr, eni 16,6 metr, göyərtə yüksəkliyi 6,0 metdirdir.

Yeni layihəyə əsasən hazırlanan tanker daha da gücləndirilmiş dəniz funksiyasına malik olmaqla, bütün beynəlxalq daşıma tələblərinə tam cavab verir. Layihələndirmə zamanı dünya neft şirkətlərinin xüsusi tələbləri və əlavə ekoloji məhdudiyyətlər nəzərə alınıb.

Tanker Rusiyanın daxili suları ilə, həmçinin Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Baltik dənizi və Şimal dənizi ilə hərəkət edəcək. Reyslərə Avropa və İrland dənizi ətrafında reyslər daxildir. 

“Palmali” Şirkətlər Qrupu Aralıq dənizi, Xəzər və Qara dəniz sularında əsasən SOCAR və LUKOYL kimi neft şirkətlərinin yüklərini daşıyır. Həmçinin şirkət digər böyük neft və neft məhsulları şirkətləri ilə uzunmüddətli müqavilələrə malikdir.

Azərbaycanda doğulmuş türkiyəli iş adamı Mübariz Mənsimov "Palmali" Şirkətlər Qrupunun sahibi, "Xəzər-Lənkəran" futbol klubunun fəxri prezidentidir. 1968-ci il martın 22-də Bakı şəhərində anadan olmuş Mübariz Mənsimovun valideyinləri əslən Masallı rayonunun Miyankü kəndindəndir. 


Mübariz Mənsimov - Azərbaycanda doğulmuş türkiyəli iş adamı

Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.

"Palmali" 129 gəmisi ilə Aralıq dənizi, Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. "Palmali"nin ən böyük müştərisi dünyaca məşhur olan "BP" şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail