İdmançımız yenə dopinqdə ilişdi

16.12.2015 | 2366 dəfə oxunub

Azərbaycan ağırlıqqaldıranı Silviya Angelova yenidən dopinq-testdən keçə bilməyib.

 

Stadium.az Report-a istinadən xəbər verir ki, bolqarıstanlı legioner ötən ay ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında orqanizmindən istifadəsi qadağan olunmuş dərman preparatı tapılan 4 atletdən biri olub.

33 yaşlı idmançının A probu müsbət nəticə verib. B probu da eyni nəticəni versə, Angelova ömürlük diskvalifikasiya ediləcək. Çünki bu hal təcrübəli ağırlıqqaldıranın karyerasında ikinci dəfə baş verir. İlk dəfə 2013-cü il aprelin 8-də onun orqanizmindən anabolik turinabol steroidi aşkarlanıb. Nəticədə Azərbaycan millisinin üzvü 2 il müddətinə diskvalifikasiya olunub. Həmin il Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ölkənin 18 ağırlıqqaldıranını cəzalandırıb, Azərbaycan Ağır Atletika Federasiyasını 500 min dollar cərimələyib. İkinci dəfə dopinq-testdən keçə bilmədiyi üçün Zülfüqar Süleymanov ömürlük diskvalifikasiya edilib.

Bolqarıstan mətbuatı dünya çempionatında Azərbaycan millisinə 62 kq çəki dərəcəsində bürünc medal qazandırmış Valentin Xristovun da dopinq-testdən keçə bilmədiyini yazıb. Amma DPA agentliyi yığma üzvlərindən yanız Angelovanın 4 idmançı arasında olduğunu yazıb.

Qeyd edək ki, Silviya Angelova 2012-ci il Avropa çempionatında 48 kq çəki dərəcəsində bürünc, növbəti il gümüş medal qazanıb. Dopinq-testdən keçə bilmədiyi üçün onun medalı əlindən alınıb. Bu il cəzasını başa vurduqdan sonra Angelova dünya çempionatını 39 idmançı arasında 34-cü pillədə başa vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail