Mübariz Mənsimovdan yeni qərar: Mirça Rednik komandaya gətirilir - ÖZƏL

15.12.2015 | 28637 dəfə oxunub

Hazırda acınacaqlı durumda olan “Xəzər Lənkəran” barədə yeni xəbər əldə etmişik. Stadium.Az saytına daxil olan məlumata görə, klubun fəxri prezidenti Mübariz Mənsimov komandası haqda yeni qərarlar qəbul edib. Belə ki, Lənkəran klubu mövsümün sonuna kimi hazırkı heyətlə mübarizə aparacaq. Qış fasiləsində isə komandada bəzi dəyişikliklər olacaq. Belə ki, rəhbərlik baş məşqçi Yunis Hüseynovla yollarını ayıracaq. Yunis müəllimi isə Elbrus Məmmədov əvəzləyəcək. Yəni baş məşqçilər yenidən yerlərini dəyişəcək.

Elbrus müəllim isə komandanı yaya qədər çalışdıracaq. Mövsüm bitən kimi isə “Xəzər Lənkəran”da yeni baş məşqçi təyinatı gerçəkləşəcək. Belə ki, klub tarixinin ən uğurlu məşqçisi hesab edilən Mirça Rednik komandaya gətiriləcək. Buna kimi isə Rednik komandanı formalaşdırmaq üçün qeyri-rəsmi də olsa fəaliyyətə başlayacaq və futbolçu seçimini edəcək. Yəni “Xəzər Lənkəran” yay hazırlığına konkret heyətlə başlayacaq və yeni mövsümdən komanda çempionluq üçün oynayacaq.



  #1   Adınız: orxan xezerli;   E-mail: [email protected]

16.12.2015 14:21

sizden azarkew olaraq xaiw edirem camaatin hissler ile
oynamiyin .bele yalan xeberleeri hardan tapirsiz.xaiw edurem
cavab verin bu melumati hardan almisiz.. nie yaalan xeberler
yazirsiz

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail