Dünya kubokunu qazanan Azərbaycan yığması Vətənə qayıdıb FOTO

14.12.2015 | 2350 dəfə oxunub

Meksikanın paytaxtı Mexikoda taekvondo üzrə milli komandalar arasında dünya kuboku yarışlarında uğurla çıxış edən Azərbaycan yığması Vətənə qayıdıb.

Stadium.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların təntənəli qarşılanma mərasimi olub.

Dünya Taekvondo Federasiyası tərəfindən təşkil edilən yarışda kuboka sahib olan kişilərdən ibarət yığma komandamızı azarkeşlər, Azərbaycan Taekvondo Federasiyasının (ATF) nümayəndələri və jurnalistlər qarşılayıblar.

Yığma komandamızın baş məşqçisi Reza Mehmandosut, böyük məşqçi Elnur Amanov, ATF-ın vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev idmançılarımızın çıxışını yüksək qiymətləndiriblər. Qeyd edilib ki, millimiz dünya kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, həqiqətən də möhtəşəm uğurdur.

Vurğulanıb ki, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları yüksək nəticələr dövlətimizin bu sahəyə olan diqqət və qayğısının göstəricisidir. Ümumiyyətlə, 2015-ci ilin Azərbaycan taekvondosu üçün uğurlu olduğunu deyən natiqlər bildiriblər ki, son 15 ildə bu idman növü üzrə ən mühüm nailiyyətlərə bu il imza atılıb. Belə ki, 14 ildən sonra ilk dəfə olaraq bu ilin mayında Azərbaycan taekvondoçusu dünya çempionu olub. İyunda Bakıda keçirilən birinci Avropa Oyunlarında taekvondoçularımız qızıl medal qazanıb. Nəhayət, Meksikadakı dünya kuboku yarışlarında Azərbaycan millisi dünyanın ən güclüsü olduğunu sübut edib. Azərbaycan millisi bu yarışda dünya taekvondosunun liderləri hesab olunan İran və Koreya Respublikası komandalarına qalib gələrək birinci yerə çıxıb.

Mexikodakı dünya kubokundan bir gün əvvəl təşkil edilən Qran-pri turnirində mübarizə aparan Radik İsayevin 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə etdiyini xatırladan məşqçilər idmançılarımızın bu Oyunlarda da yüksək nəticə qazanmağa qadir olduqlarını bildiriblər.

Qazandıqları qələbəni Azərbaycan xalqına həsr etdiklərini söyləyən idmançılar yaradılan yüksək səviyyəli şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Taekvondo tarixində ilk dəfə olaraq dünya kubokunda qızıl medal qazandıqlarını deyən idmançılarımız Azərbaycan himnini uzaq Meksikada səsləndirdikləri üçün böyük sevinc və qürur hissi keçirdiklərini söyləyiblər. Onlar uğurlu çıxışlarını "Rio-2016"da da davam etdirmək niyyətində olduqlarını vurğulayıblar.

Qeyd edək ki, Ayxan Tağızadə, Radik İsayev, Məhəmməd Məmmədov, Səid Quliyev, Sina Bahrami və Milad Beigi Hərçəqanindən ibarət milli komandamız qrup mərhələsində Belçika və Özbəkistan, yarımfinalda Koreya Respublikası komandası, finalda isə güclü İran yığması üzərində inamlı qələbə qazanaraq dünya kubokunu əldə ediblər.

Milli komandamızın baş məşqçisi Reza Mehmandosut yarışın ən yaxşı məşqçisi, Milad Beigi Hərçəqani isə ən yaxşı kişi taekvondoçusu seçilib. azərtac



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail