Qurban Qurbanov: "Bu mövsüm başlayandan mən komandada belə bir şey hiss etməmişəm" - MÜSAHİBƏ

14.12.2015 | 2772 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turunun "Zirə"ylə səfər oyunundan sonra (0:0) təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Hər iki komanda ehtiyatlı oynadı. Ancaq maraqlı oyun alındı. Qalib gəlmək üçün bir neçə dəyişiklik etdik. Ancaq alınmadı. Futbolçulardan razıyam.

- İlk dövrədə "Qarabağ" böyük hesabla qalib gəlmişdi. Bu oyun isə heç-heçə bitdi. Sizin oyununuz alınmadı, yoxsa "Zirə" ilk oyundan dərs çıxartmışdı?

- Bu oyunda komandamın oyunundan razıyam. Əvvəlki oyunda qalib gəlsək də, qollardan 3-ü standart vəziyyətlərdən vurmuşduq. Bu dəfə isə rəqib standart vəziyyətlərdə daha diqqətli idi. Bir daha şahid olduq ki, çempionatda hər bir komanda xal qazanmağa qadirdi. Rəqib göstərdiyi oyuna görə ilk 3 pilləyə layiqdir.

- "Qarabağ" xal qazansa da, rəqibləri xal itirir. Komandada buna görə arxayınlıq yoxdu ki?

- Futbolçularda arxayınlıq yoxdu. Bu mövsüm başlayandan mən komandada belə bir şey hiss etməmişəm. Sadəcə, bəzi oyunlarda fiziki yorğunluq olur.

- Maksim Medvedev bir müddət sol cinahda oynasa da, bu gün yenə sağda oynadı. Bu, onun sol cinahda ümidləri doğrultmamasıyla bağlı idi?

- Xeyr, mən onun oyunundan hər iki mövqedə razıyam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail