"Qəbələ" "Krasnodar"a, "Qarabağ" "Anderlext"ə qalib gələ bilər

09.12.2015 | 3303 dəfə oxunub

"Neftçi"nin məşqçisi Dmitri Kramarenkonun müsahibəsi


- "Neftçi"nin Əsgər Abdullayevin təyinatından sonra daha yaxşı nəticələr qazanmasını necə qiymətləndirərdiniz?
- Bu, Abdullayevin həm milli komandalarda, həm də klublarda böyük iş təcrübəsinə malik olmasının nəticəsidir. O, hansı komandada olubsa, həmişə nəticə verib.

- Belə çıxır ki, Samir Əliyev "Neftçi"nin səviyyəsinə uyğun məşqçi deyildi?
- Xeyr, bu fikirlə razı deyiləm. O, bu komandanın inkişafı üçün az zəhmət çəkmədi. Samir də kifayət qədər yaxşı çalışdı. Elə onun rəhbərliyi altında əsas komandada oynamağa başlayan uşaqlar indi nəticə verirlər. Sadəcə, Əliyev gənc mütəxəssisdir, məşqçilik karyerası yeni başlayır. Təcrübə futbolda mühüm amildir.

- Abdullayev nəticə verdiyi halda əcnəbi mütəxəssis axtarmağa ehtiyac var?
- Çətin sualdır. İndi komandaya Abdullayev rəhbərlik edir, hər şey yaxşı gedir. Sabah necə olacağına isə rəhbərlik qərar verəcək. Komandada heç kim yeni əcnəbi baş məşqçi barədə düşünmür. Bütün diqqətlər ilin son üç matçına yönəlib.

- Qarşıda "Qəbələ" ilə oyun var. Sizin üçün bu görüş prinsipial hesab oluna bilər?
- Düzünü desəm, bizim üçün hər bir oyun prinsipialdır. Burada rəqibin kimliyinin fərqi yoxdur. Rəqibimiz ciddi komandadır. Orada səviyyəli mütəxəssislər çalışır. Amma biz ancaq müsbət nəticəyə ümid edirik. İlk üçlüyə çatmağımız lazımdır. "Neftçi"də köklənmə son dərəcə güclüdür (gülür).

- Bu oyun öncəsi keçmiş komandanızı Avropa Liqası çərçivəsində Rusiya "Krasnodar"ı ilə görüş gözləyir. Qəbələlilərin şansları barədə nə deyə bilərsiniz?
- Roman Qriqorçuk prinsipial məşqçidir. Əminəm ki, o, istisnasız olaraq, bu görüşdə qələbəyə çalışacaq. "Krasnodar"a qalib gəlmək realdır. Bunu hələ ilk oyunda da etmək olardı. Komandamız səfərdə pis çıxış etməmişdi. Sabahkı oyunda da qol epizodları olacaq. Yeganə məsələ həmin şanslardan yararlanmaqdır.

- Bəs "Anderlext"in qonağı olacaq "Qarabağ"dan nə gözləyirsiniz?
- Bu komandaya simpatiyamın olduğunu həmişə demişəm. "Neftçi"yə qarşı oynamırsa, "Qarabağ"a həmişə azarkeşlik edirəm. Ağdamlıların şanslarını da yaxşı qiymətləndirirəm. Fikrimcə, səfərdə qazanılacaq qələbə sayəsində bu komanda pley-offa yüksələ bilər. "Anderlext"i Belçikada udmaq olar. azerisport



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail