Qış Olimpiya Oyunları Norveçdə

09.12.2015 | 2617 dəfə oxunub

Gənclər arasında növbəti Qış Olimpiya Oyunları 2016-cı il fevralın 12-dən 26-dək Norveçin Lillehammer şəhərində keçiriləcək.

Stadium.az xəbər verir ki, 10 gün davam edəcək Oyunlarda bütün dünyadan gənc atletlər Qış Olimpiya Oyunlarının proqramında nəzərdə tutulan on beş idman növü üzrə yarışacaqlar. Bu Oyunlarda mədəni və maarifləndirici aspektlər əsas götürüləcək. Məsələn, innovasiyalı yanaşma sabit inkişaf devizi ilə keçiriləcək açılış mərasiminə də toxunacaq.

Lillehammerdə gənclər arasında Qış Olimpiya Oyunlarında 15-18 yaşlarında 1100 ən yaxşı gənc idmançı iştirak edəcək. İştirakçılar 15 ənənəvi qış idmanı növündə 70 dəst mükafat uğrunda mübarizə aparacaqlar. Oyunlarda idmanın yeni növlərinə və Olimpiya idman növlərinin siyahısının genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.

Oyunların açılış mərasiminin də maraqlı olacağı gözlənilir. Dekabrın 1-də Yunanıstanda Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunan mərasimdə Olimpiya məşəli yandırılıb. Olimpiya mənşəli Yunanıstandan Norveçə aparılacaq. Olimpiya məşəli estafeti 2016-cı il fevralın 12-də Lillehammerdə Oyunların açılış mərasimində başa çatacaq. Məşəli şahzadə İnqrid Aleksandra alovlandıracaq.

Xatırladaq ki, gənclər arasında birinci Qış Olimpiya Oyunları 2012-ci ildə Avstriyanın İnsbruk şəhərində keçirilib. Təcrübə göstərib ki, gənclər arasında Oyunların iştirakçılarının çoxu sonradan öz ölkələrinin Qış Olimpiya Oyunları üzrə yığmalarına daxil olublar.

Gənclər arasında ikinci Qış Olimpiya Oyunları gəncləri idmana cəlb etmək məqsədi ilə həmrəylik və birlik devizi altında keçiriləcək. Həmrəyliyi və mədəni birliyi möhkəmləndirmək üçün gənc idmançılara irəli sürülən tələblərdən biri budur ki, onlar Qış Olimpiya Oyunlarının davam edəcəyi 10 gün ərzində bütün tədbirlərdə olmalı və yeni idman və məişət vərdişlərinə yiyələnəcəkləri “Learn and Share” proqramında iştirak etməlidirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail