Bakı Qran Prisinin biletləri satışa çıxır

08.12.2015 | 2556 dəfə oxunub

Bakı Şəhər Halqası (BŞH) dekabr ayının 19-da yarış biletlərinin onlayn satışına başlamaqla ilk dəfə baş tutacaq olan 2016 Formula 1 Avropa Qran Prisinə gedən yolda daha bir mərhələyə yekun vuracaq.

 

Stadium.az xəbər verir ki, bilet satışının başlanması həmin ərəfədə şəhərdə keçiriləcək möhtəşəm “Son 6 ay” tədbiri ilə eyni günə təsadüf edəcək.

Formula 1 təqviminə ən yeni əlavə olunmuş Bakı mərhələsinin biletlərini, www.bakucitycircuit.com saytı vasitəsilə çox əlamətdar bir gündə - Azərbaycanda ilk dəfə səhnə alan belə bir möhtəşəm yarışa düz son 6 ay qalanda əldə etmək mümkün olacaq.

“Son 6 ay” bayram tədbirləri şəhərin ecazkar Dənizkənarı Bulvar ərazisində canlı musiqi və atəşfəşanlıqla müşayiət olunan əyləncələrlə tam olacaq və gələn il iyun ayında Bakının ən tarixi hissəsindən keçəcək olan F1-in  gəlişini ölkə sakinlərinə duyuracaq.

Bu əlamətdar gəlişmə barədə danışarkən, BŞH-nın İcraçı Direktoru Arif Rəhimov, “Bilet satışının başlanğıcı hər bir böyükmiqyaslı idman tədbiri üçün vacib mərhələdir və biz də bu baxımdan istisna deyilik. Heç şübhəsiz ki, bilet satışlarının başlanğıcı və “Son 6 ay” bayramı Bakıda Formula 1-in gəlişi yaxınlaşdıqca daha da artmaqda olan həyəcanı ən yüksək həddə çatdıracaq” - deyə qeyd edib.

2016 Formula Avropa Qran Prisi azarkeşlərə start/finish zolağına mükəmməl mənzərəyə açılan Abşeron tribunasına və eləcə də müxtəlif sərt döngələrin və sürət zolaqlarının yaxınlığında yerləşən digər tribunalara bilet üçün çoxsaylı seçim imkanı təqdim edir. Bundan əlavə, yarışa şəhər halqasının müxtəlif zona və podiumlarından baxmağa imkan verən ayaqüstü biletlər də satışda olacaq.

17-19 iyun həftəsonu ərzində milyonlarla qlobal izləyici kütləsinin gözü önündə Bakı Şəhər Halqasında F1 maşınları UNESCO Dünya İrsinə daxil edilmiş İçəri Şəhərdən keçməklə Bakının müasir göydələnlər və Xəzər sahili zolağında hərəkət edəcək.

Dünyanın ən mükəmməl yarış avtomobili motorlarının səsi Bakını lərzəyə gətirməsinə son 6 ay qalan bir məqamda, Bakı Şəhər Halqasının dünyanın F1 ictimaiyyətinə gur ismarıcı var: Bakı Şəhər Halqası yarışdan daha artıqdır, nə qədər ki, satış bitməyib biletlərinizi almağa tələsin.

Formula 1 Bakı Avropa Qran Prisininin bilet satışı ilə bağlı əlavə məlumatı www.bakucitycircuit.com saytından əldə edə bilərsiniz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail