Ölkəmizdə cüdo turniri baş tutdu- FOTO

07.12.2015 | 2353 dəfə oxunub

Sumqayıt Olimpiya İdman Kompleksində 11-13 yaşlı yeniyetmələr arasında cüdo üzrə ənənəvi turnir keçirilib. Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən yarışda müxtəlif şəhər və rayonlardan 382 idmançı mübarizə aparıb.


Stadium.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər. Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirin açılış mərasimində qeyd olunub ki, dünyaya səs salan “Bakı-2015” birinci Avropa Oyunları ölkəmizin beynəlxalq idman arenasında mövqeyini və yerini daha da möhkəmləndirib. Diqqətə çatdırılıb ki, Sumqayıtın 5 idmançısı 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.

Sonra yarışlara start verilib. Turnirdə Sumqayıt idmançıları ilə yanaşı, Bakı, Gəncə, Naxçıvan, Bərdə, Mingəçevir, Qusar, Quba, Yevlax, Xaçmaz, Şamaxı, Şabran, Qəbələ, İsmayıllı, Göyçay, Abşeron və Ağcabədi komandaları da iştirak ediblər. Qaliblər Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

Sonda Ulu Öndərə həsr edilən mahnılar səsləndirilib, bədii gimnastların nümunəvi çıxışları nümayiş olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail