Kobra: "Bu mənim üçün böyük fəxrdir"

06.12.2015 | 2369 dəfə oxunub

Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti, polkovnik Füzuli Musayev, Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin məni dəstəkləməyə gəlməsi mənim üçün çox böyük fərəh oldu.


Bu sözləri “Kobra” ləqəbli kikboksçumuz Pərviz Abdullayev əldə etdiyi qələbə ilə bağlı axar.az-a danışarkən deyib:

“Ölkə tarixində ilk dəfə olaraq Azərbaycanı bu idman növü üzrə ən mötəbər yarış hesab olunan “Qlori Vörld Series”də rinqində təmsil etdiyimə görə çox həyəcanlı idim. Amma eyni zamanda böyük qürur duyurdum. Qələbə qazanaraq hər kəsi sevindirdiyimə görə çox şadam. Ölkəmizin adının ilk dəfə təmsil olunduğu bu yarışda qələbə qazanaraq onluğa düşməyim mənim üçün  böyük fəxrdir”.

Xatırladaq ki, Azərbaycanı və “Qəbələ” idman klubunu beynəlxalq arenada uğurla təmsil edən kikboksçumuz Pərviz Abdullayev ölkə tarixində ilk dəfə olaraq bu idman növü üzrə ən mötəbər yarış hesab olunan “Qlori Vörld Series”də rinqə çıxıb və qələbə qazanıb. Beşqat dünya çempionu olan Pərviz Abdullayev 45 peşəkar döyüş keçirib və 41 dəfə qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail