“Formula-1”-də Bakıya 10 minə yaxın əcnəbi gələcək

06.12.2015 | 2143 dəfə oxunub

"Formula-1" üzrə Avropa Qran Prisinə gələn əcnəbilərin sayı 10 mini keçə bilməyəcək”.

 

Stadium.az xəbər verir ki, bu barədə yürüşün təşkilatçısı Arif Rəhimov "Motorsport"a açıqlama verib. O, şəhər otellərindəki yerlərin məhdud olmasını səbəb göstərib: "Hazırda Bakıda otel otaqlarının sayı 9500-dür. Bunun 2500-ə qədərini "Formula-1"-in səhmdarları tutacaq. Ona görə də 7 min otaq qalacaq. Bunlar Azərbaycana dəvət edə biləcəyimiz maksimal adam sayıdır. Əminik ki, bütün beynəlxalq biletləri sata biləcəyik. Çünki sayları məhduddur. Həm də satışın tez gedəcəyinə inanırıq. Biz əcnəbilər üçün satışı 10 minlə məhdudlaşdırmırıq. Sadəcə, bileti almamışdan öncə insanlar harada qalacaqlarına arxayın olmalıdırlar".

Qeyd edək ki, "Formula-1" üzrə Avropa Qran Prisi 2016-cı ilin 17-19 iyununda Bakı küçələrində keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail