Cavid Hüseynovun vəkilinə də cinayət işi açıldı

05.12.2015 | 2578 dəfə oxunub

Azərbaycan milli komandasının və "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov barəsində cinayət işi başlanılıb.


Stadium.az xəbər verir ki, bu barədə "Report”a A.Məmmədovun özü bildirib. Vəkil deyib ki, Ədliyyə Nazirliyinin İstintaq İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 289.1-ci (Məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə cinayət işi başlanılıb:

"Bir neçə gün əvvəl Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi Malik Səfərov mənə zəng edərək bildirdi ki, Sizə qarşı cinayət işi başlanır, istintaqa gəlin. Mən bunun nə ilə bağlı olduğunu soruşduqda, bildirdi ki, beş ay əvvəl "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevi döyüb, söyüb, təhqir etmisiniz. Əslində isə beş ay əvvəl peşə fəaliyyətimi yerinə yetirərkən, birbaşa məhkəmə zalındaca heç bir əsas olmadan, Habil Vəliyev məni söyərək təhqir edib".

Qeyd edək ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölüm işi ilə əlaqədar hazırda həbsdədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail