Atletika turnirində 4 ölkədən idmançılar mübarizə aparacaq

05.12.2015 | 2240 dəfə oxunub

Dekabrın 6-da Respublika Olimpiya Mərkəzində Azərbaycan Atletika Federasiyasının (AAF) və Olimpiya Akademiyasının vitse-prezidenti, Ümumittifaq dərəcəli hakim, SSRİ rekordçusu Tofiq Qarayevin 80 illiyinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.

AAF-nin mətbuat xidmətindən bildiriblər ki, yarışda Azərbaycan, Türkiyə, Özbəkistan və Rusiya atletləri güclərini sınayacaqlar.

Turnirdə qızlar 60, 200, oğlanlar isə 60, 400 metr məsafəyə qaçış yarışlarında birincilik uğrunda mübarizə aparacaqlar. Həmçinin qızlar və oğlanlar uzunluğa tullanma yarışlarında öz aralarında ən güclünü müəyyənləşdirəcəklər.

Şəxsi və komanda hesabında keçiriləcək yarışın qalibləri medal, diplom, kubok və pul mükafatı ilə təltif olunacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail