“Karşıyaka” Kamran Ağayevin maaşını vermir

04.12.2015 | 2505 dəfə oxunub

Millimizin və “Karşıyaka”nın qapıçısı Kamran Ağayev klubunda 3 aydır maaş almır.


Stadium.az xəbər verir ki, Kamran və onun komanda yoldaşları - İqor Duriç, Aleksandr Amisulaşvili, Baye Cibi Fall son üç ayın əmək haqqını ala bilməyiblər. Klub prezidenti Əli Ərtən Türkiyə mətbuatına açıqlamasında deyib ki, həmin futbolçular komandadan ayrıla bilməz: “Bunun üçün əvvəlcə notariusdan kluba xəbərdarlıq məktubu təqdim etməlidilər. Bundan sonra kluba 1 aylıq möhlət verilir. Bu müddətdə klubda prezident seçkiləri keçiriləcək. Bundan sonra yeni rəhbərlik futbolçulara pulun ödənilib-ödənilməyəcəyi barədə qərar verəcək”.

Xatırladaq ki, sponsorluq edən Acar ailəsinin klub rəhbərliyi ilə münasibətləri gərginləşib. Acar ailəsi Ərtəndən postunu təhvil verməsini tələb etsə də, prezident bundan imtina edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail