Gimnastika və akrobatika üzrə çempionat başladı

03.12.2015 | 4200 dəfə oxunub

Dekabrın 3-də Milli Gimnastika Arenasında idman gimnastikası və akrobatika üzrə birgə Azərbaycan birinciliyi start götürüb.

Stadium.az xəbər verir ki, yarışın ilk günündə Bakı Gimnastika Məktəbi, “Neftçi” idman klubu və Nizami rayonu idman məktəbini təmsil edən akrobatlar iştirak edirlər. Oğlan və qarışıq cütlüklərin, oğlan və qız qruplarının tərkibinə daxil olan 12-18 yaşlı akrobatlar balans, temp və qarışıq hərəkətləri nümayiş etdirirlər. Yarışda 11-16 yaş kateqoriyasına aid olan qız qrupları və cütlükləri isə yalnız balans və temp hərəkətlərinin icrasında qüvvələrini sınayırlar. Turnirdə ümumilikdə 43 gimnast iştirak edir.

Növbəti gün akrobatlardan sonra Olimpiya idman növü olan qız idman gimnastikası təmsilçilərinin yarışı olacaq. Birincilikdə 2003-2005, 2006-2007, 2008-2009, həmçinin 2008-2010-cu il yaş kateqoriyasına daxil olan qızlar çoxnövçülükdə mübarizə aparacaqlar. Bakı Gimnastika Məktəbi, “Neftçi” və “Ocaq Sport” klubu öz yetirmələrini bütün turnir boyu dəstəkləyəcəklər. Qeyd edilən cəmiyyətlərdən olan azarkeşlərin sırasına təkcə Respublika Olimpiya İdman Liseyinin deyil, Sumqayıt və Balakən nümayəndələri də qoşulacaqlar. Çünki bu cəmiyyətlər və bölgələrdən olan oğlanlar öz çıxışlarına dekabrın 5-də başlayacaqlar.

Ümumilikdə idman gimnastikası üzrə oğlan və qızlar arasında yarışda 62 idmançı çıxış edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail