Azərbaycan çempionatında ikihakimiyyətlilik hökm sürür

02.12.2015 | 2608 dəfə oxunub

Respublika Şahmat Mərkəzində kişilər arasında Azərbaycan çempionatında 5-ci turun görüşləri yekunlaşıb.

Stadium.az xəbər verir ki, bu turda Ramil Cavadov və Çingiz Rzayev qarşılaşması sülh ilə nəticələnib. Fərid Aslanov ağ fiqurlarla Elvin Bayramova məğlub olub. Rəşad Zeynallı Andrey Mustafin üzərində qələbə qazanıb. Nərmin Söyünlü və Cahangir Niftəliyev qarşılaşması isə ikinci tərəfin xeyrinə başa çatıb.

Beləliklə, 5 turdan sonra Elvin Bayramov və Ramil Cavadov hərəyə 4 xal toplayaraq liderlik edirlər. Çingiz Rzayev, Cahangir Niftəliyev və Rəşad Zeynallı 3,5 xal toplayaraq 3-5-ci yerləri bölüşdürürlər.

Qeyd edək ki, yarışda 2014-cü ildə birinci dəstənin və Bakı çempionatının hər birinin 5 mükafatçısı, seçmə yarışın 3 mükafatçısı, kişilər arasında beynəlxalq əmsalı 2200-dən az olmayan şahmatçılar, yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibləri (14,16,18 və 20 yaş), dünya və Avropa çempionatlarının mükafatçıları (12-20 yaş), uşaq olimpiadasının 3 qalibi mübarizə aparır. Ölkə çempionatında, həmçinin qadınlar arasında beynəlxalq qrossmeyster, beynəlxalq usta və FİDE ustaları, beynəlxalq əmsalı 2000-dən az olmayanlar iştirak etmək hüququ qazanıblar.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilən çempionat dekabrın 5-də başa çatacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail